Daskorpu Amasiya - Wikipedia
Daskorpu Amasiya - Wikipedia - Haqqında Məlumat
Daşkörpü — Ermənistanın Şirak mərzində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Sürməli qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur.[1][2] Mərz mərkəzindən 3 km məsafədə yerləşir.
Daşkörpü | |
---|---|
40°58′ şm. e. 43°46′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəKənd Qars əyalətinin Daş körpü[1]kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[3]
Amasiya heyvandarlıq sovxozuna birləşdirilmişdir.
Əhalisi
redaktəBurada tarixən azərbaycanlılar yaşamışdır. 1905-ci ildə 396, 1914-cü ildə 431, 1931-ci ildə 233 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı onlar hamısı buradan qovulmuşdur.[4]
İstinadlar
redaktə- ↑ 1 2 Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
- ↑ Гейбуллаев Г.А. О происхождении некоторых этиотопонимов Азербайджана (Галагани, Гаяли, Гаргалыг, Даначи, Дуванни, Улашлы). № 11. ДАН Азерб. ССР,. 1978,.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дашкөрпү // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli və Əbülfət Heydər)