Daskend Televiziya Qullesi - Wikipedia
Daşkənd Televiziya Qülləsi (özb. Toshkent Teleminorasi) — Özbəkistanın paytaxtı Daşkənddə yerləşən 375 metr hündürlüyü ilə dünyanın 11-ci ən hündür televiziya qülləsidir. Tikintisinə 1978-ci ildə başlanmış və 6 il davam edərək 15 yanvar 1985-ci ildə tamamlanmışdır.[1]
Daşkənd Televiziya Qülləsi | |
---|---|
özb. Toshkent Teleminorasi | |
41°20′44″ şm. e. 69°17′05″ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
Yerləşir | Daşkənd |
Layihə müəllifi | Terxiev, Çaruçov & Semaşko firması |
Memar | Y.P.Semaşko, I.N.Terziev-Çarukov |
Tikilmə tarixi | 1978—1985 |
Material | polad |
Vəziyyəti | istifadə olunur |
Rəsmi sayt | tv-tower.uz |
Vikianbarda əlaqəli mediafayllar |
Qüllə 1985-ci ildən 1991-ci ilədək dünyanın üçüncü ən hündür qülləsi idi. Bundan başqa televiziya qülləsinin tikintisi qərarı 1971-ci sentyabrın 1-də qərara alınmışdır. Qüllə poladdan tikilmişdir. Qüllənin dizaynı Terxiev, Çaruçov & Semaşko firması tərəfindən verilmişdir.[2]
İstifadəsi
redaktəQüllə, əsasən, televiziya və radio yayımı məqsədiylə istifadə edilir. Siqnallar hətta Daşkəndin ən uzaq vilayətlərindən Qazaxıstanın bəzi regionlarına da çata bilir. Qüllə həmçinin dövlət təşkilatları və departamentləri ilə əlaqə məqsədiylə də istifadə olunur. Burada həmçinin hidrometeoroloji stansiya kompleksi də fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Toshkent teleminorasi". meros.uz. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
- ↑ uz, Kun. "Toshkent teleminorasi ochilganiga 35 yil to'ldi (video)". Kun.uz (özbək). 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.