Dasmerdan - Wikipedia
Daşmərdan palçıq vulkanı– Çeyildağ qəsəbəsindən 15 km cənub-qərbdə, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir.[1]
Daşmərdan palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | palçıq vulkanı |
İlk püskürmə | 1866 |
Son püskürmə | 12 may 2011 |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Haqqında
redaktəQobustan rayonunda, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir. Nisbi hündürlüyü 390 m və dik cənub yamaclı yastı konus şəklində iri yüksəklikdir(512m). Krater sahəsinin ölçüsü 500*400 m təşkil edir, krater bəndinin hündürlüyü6-9m-ə çatır. Vulkan eyniadlı pilosen strukturu ilə əlaqədar olub, onun uzununa pozulma ilə mürəkkəbləşən tağ hissəsində yerləşir. Brekçiyanın sahəsi 3191ha, qalınlığı - 72 km təşkil edir.[2] İlk dəfə 1866-cı il 11 avqust tarixində püskürüb. Daha sonra 1976, 2011-ci illərdə püskürüb. Daşmərdan palçıq vulkanının 2011-ci il 12 may tariixində güclü püskürməsi zamanı vulkan brekçiyası krater sahəsini 10 m-dən çox hündürlükdə krater bəndinin yamaclarını örtüb və erupsiya mərkəzindən şimal istiqamətə axıb. 1.0-1.5 m dərinlikdə qısa çatlar əmələ gəlib.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Dünya palçıq vulkanlarının atlası (2015)". səh: 52. 2024-03-13 tarixində arxivləşdirilib.
- ↑ "Daşmərdan vulkanı". 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.