Damet Bagirov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bağırov Damət Abbas oğlu (5 may 1961, Xanməmmədli, Zərdab rayonu) — iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və təlim texnologiyaları üzrə prorektoru.[1]
Damət Bağırov | |
---|---|
Bağırov Damət Abbas oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Xanməmmədli, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcəsi | Professor |
Elmi adı | Prorektor |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universiteti |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Mükafatları | |
unec.edu.az |
Həyatı
redaktəDamət Bağırov 1961-ci ildə may ayının 5-də Zərdab rayonunun Xanməmmədli kəndində anadan olmuş, 1978-ci ildə həmin rayonda orta məktəbi bitirmişdir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1985-ci ildə institutu bitirmişdir.
İnstitutu bitirdikdən sonra Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı, 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində tədris lobaratoriyasının müdiri, müəllim vəzifələrində çalışmış, 1986-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olmuş, 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik disertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1994–1995-ci illərdə "Tuqay" kommersiya bankının idarə heyətinin sədri vəzifəsində, 1995–1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi , rəis müavini vəzifələrində işləmişdir. 2000-ci ilin fevralından Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, şöbə rəisi, baş məsləhətçi vəzifələrində işləmişdir. 1995–1998-ci illərdə Sankt Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxumuş, 1998-ci ildə həmin universitetdə "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə doktorluq disertasiyası müdafiə etmiş, elə həmin ildə Rusiya Fedarasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi və 2000-ci ildə Azərbaycan Respublikasının Ali Atestasiya Komitəsinin tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomunu, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır.
1999-cu ilin sentyabrından "Maliyyə" kafedrasının 0,5 ştatla dosenti , 31 avqust 2001-ci il tarixindən isə "Vergi və vergiqoyma" kafedrasının 0,5 ştatla professoru vəzifəsində işləmişdir. 2005-ci ilin fevral ayından etibarən "Vergi və vergiqoyma" kafedrasının tam ştatla professoru və "Maliyyə" fakültəsinindekanı vəzifəsində çalışmışdır. 2008-ci ilin sentyabrından tədris işləri üzrə prorektor əvəzi vəzifəsində çalışır. 2009-cu ilin fevral ayının 24-dən universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
İşlədiyi müddətdə rektorluq tərəfindən bir neçə dəfə təşəkkür və Təhsil Nazirinin əmri ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün yaranmış disertasiya şurasının, sonradan isə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yaradılmış disertasiya şurasının, "Audit" jurnalının redaksiya heyətinin üzvüdür.
Maliyyə və vergi auditi sahəsində elmi araşdırmalarını ardıcıllıqla davam etdirir, 8 monoqrafiya və dərs vəsaitinin, 10 tədris proqramı və metodik göstərişin, 60-dan çox elmi məqalələrin müəllifidir.
Elmi-metodiki əsərləri
redaktə11 monoqrafiya və dərs vəsaitinin, 14 tədris proqramı və metodik göstərişin, 70-dən çox elmi məqalələrin müəllifidir.
- Аудит. 68 ст. Баку Шарг-Гарб, 1996.
- Налоговая проверка. 153 ст. Баку-1997
- Финансовый рынок Азербайджана и аудит его небанковских институтов. 140 ст. СПб.: Изд-во СПбГУЭФ, 1997
- Основы аудита в условиях перехода к рыночной экономике. 95 ст. СПб.: Изд-во СПбГУЭФ, 1997.
- Vergi auditi. 425 s. Bakı 1999-cu il, dərslik.
- Vergi nəzarəti. 412 s. Bakı , 2006-cı il, dərslik
- Корпоративные финансы. 154 ст. Учебное пособие. Баку — 2010
- "Maliyyə" Dərs vəsaiti. 384 s., Bakı "İqtisad Universiteti" nəşriyyatı, 2011.
Təltifləri
redaktəAzərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 24.04.2006-cı il tarixli qərarı ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə, Təhsil Nazirinin 11\927 saylı 27.09.2011-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunmuşdur.