Danaqalasi - Wikipedia
Danaqalası — Şərur rayonunun Axura kəndindən şərqdə, Havuş kəndinin cənub tərəfində hündür dağ üzərində arxeoloji abidə[1].
Səlcuq sərkərdəsi Tananın adı ilə bağlıdır. Ə.İ.Novruzlunun apardığı arxeoloji tədqiqatlar nəticəsində buradan qala divarlarının izləri aşkar edilmişdir. Divarlar iri daşlardan inşa edilmişdir. Arxeoloji tapıntıların əsas hissəsini şirsiz saxsı məmulatı təşkil etsə də, qaladan şirli qab hissələri, metal əşya qalıqları da tapılmışdır.
Qalada mədəni təbəqə çox yığılmamışdır. Materiallar müxtəlif tarixli dövrlərə aiddir. Şirli qablar anqob təbəqəsini qazma və qravirovka üsulu ilə naxışlanaraq yaşıl rəngli şirlə örtülmüşdür. Keramika XI-XVII əsrlər üçün xarakterikdir. Bu əsasda Dana qalasının XI əsrdə inşa edildiyi ehtimal edilir. Qalada XVIII əsrə dək Azərbaycan torpaqlarını qoruyan hərbi qüvvələr yerləşmişdir.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 71.
- ↑ Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. səh. 28. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.