Danhaq - Wikipedia
Danhaq — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri.
Əsası Li Sın Qoyn tərəfindən qoyulmuş Danhaq təlimi Koreyada və bütün dünyada 160-dan artıq yoqa və tay-çi mərkəzinə malikdir. Onun banisi özünü İlçi, yəni "həqiqəti göstərən barmaq" adlandırır. Qoyn iddia edir ki, fövqəltəbii gücə malikdir və "beyin tənəffüsünü" - tay-çi, masaj və meditasiya vasitəsilə mənəvi aydınlanma və təbii şəfa tapma prosesini öyrədir. Tədricən tədris proqramlarının qiyməti artır, davamçılar isə məşğələlərin haqqını ödəməyə və müalicəvi məhsullar və kitablar almağa məcbur edilirlər. Sadiq davamçılar bəzən min dollarlarla vəsait ödəyirlər. Bu kultun daşıyıcıları biliyin fiziki ağrı nəticəsində əldə oluna biləcəyi barədə mif uydururlar.
Mənbə
redaktə- Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13. (az.)