Dantenin Yubileyi Film 1978 - Wikipedia
Dantenin Yubileyi Film 1978 - Wikipedia - Haqqında Məlumat
Dantenin yubileyi — yazıçı Anarın öz ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadə ilə birgə rejissoru olduğu film.[1]
Dantenin yubileyi | |
---|---|
Janr |
dram məhəbbət |
Rejissorlar |
Gülbəniz Əzimzadə Anar |
Ssenari müəllifi | Anar |
Baş rollarda |
Həsənağa Turabov Zərnigar Ağakişiyeva Vaqif İbrahimoğlu Alagöz Salahova Oqtay Mirqasımov Rəfael Dadaşov Elçin Məmmədov Mübariz Əlixanoğlu |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 21 dekabr 1978 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 80 dəqiqə |
Ölkə | Azərbaycan SSR |
Dil | Rus dili |
İl | 1978 |
Texniki məlumatlar |
9 hissə 2250 metr 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | Rəngli |
IMDb | ID1493313 |
Məzmun
redaktəBu, sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafdır. Film qocaman teatr aktyoru barəsində söhbət açır. Kəbirlinski (Həsənağa Turabov) epizod aktyorudur. İstedadı olmasa da, teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət aydın olur ki, bu, sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır.
Film haqqında
redaktə- Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
- Film hər iki rejissorun Anarın və Gülbəniz Əzimzadənin tammetrajlı kinoda ilk işidir.
- Kinolent Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
- Filmdə yaratdığı Kəbirlinski obrazı aktyor Həsənağa Turabovun kinoda ən uğurlu rollarından biridir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi : Anar
- Quruluşçu rejissor : Gülbəniz Əzimzadə, Anar
- Quruluşçu operator : Rafiq Qəmbərov
- Quruluşçu rəssam : Rafiz İsmayılov
- Bəstəkar : Emin Sabitoğlu
- Səs operatoru : Nataliya Nuriyeva
- Rejissor : Rafiq Dadaşov
- Montaj edən : Tahirə Babayeva
- Qrim rəssamı : Elbrus Vahidov
- İşıq ustası : V. Ağacanov
- Rejissor assistenti : Yusif Əlizadə, Yusif Şeyxov
- Operator assistenti : Nemət Rzayev, Aydın Mustafayev
- Rəssam assistenti : E. Muradova, Afət Məmmədova
- Redaktor : Nadejda İsmayılova
- Mahnıların mətni : Aleksandr Blok
- Mahnıları ifa edirlər: Janna Rojdestvenskaya,
- Vladimir Makarov,Cavan Zeynallı
- Çalır : "Melodiya" İnstrumental Ansamblı və Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Filmin direktoru : Rimma Abdullayeva
Rollarda
redaktə- Həsənağa Turabov- Feyzulla Kəbirlinski
- Zərnigar Ağakişiyeva- Həcər
- Vaqif İbrahimoğlu(Vaqif Həsənov kimi)- Eldar
- Alagöz Salahova- Sevil
- Oqtay Mirqasımov- Yalçın
- Rəfael Dadaşov- Cavad Cabbarov
- Elçin Məmmədov- Səyavuş
- Mübariz Əlixanoğlu-Məcid
- Hacı İsmayılov-Əlikram
- Zemfira Sadıqova- Anaxanım
- Məmmədrza Şeyxzamanov-Əli dayı
- Leyla Şıxlinskaya-Yaqut xanım
- Bəxtiyar Xanızadə- Aydın
- Cahangir Aslanoğlu-Tamaşaçı
- K. Aslanov
- Elxan Ağahüseynoğlu-Film səsləndirən aktyor
- Daşqın Turabov -Qaçan uşaq
- Rafiq Hüseynov - Jurnalist
- M. Dadaşova
- Cavan Zeynallı-Müğənni
- S. Süleymanova-Aktrisa
- Anar-Tamaşaçı
- Elçin-Tamaşaçı
- Həsən Əbluc-Tamaşaçı
- Emin Sabitoğlu-Tamaşaçı
- Eldar Quliyev-Tamaşaçı
- Toğrul Nərimanbəyov-Tamaşaçı
- Kazım Abdullayev-Rəqs edən
- Şəmsi Şəmsizadə-Səs Rejissoru
- Ofeliya Sənani-Film səsləndirən aktrisa
Sponsor
redaktəMərkəzi Televiziya (Moskva)
İstinadlar
redaktə- ↑ İsmayılova Z. Lirik-psixoloji mövzuda retropeksiya: “Keçən ilin son gecəsi” və “Dantenin yubileyi” — Anarın rejissorluq fəaliyyətinin debütü //Qobustan.- 2008.- № 1.- S.- 34-35.
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 218; 220-226; 307.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.