Daridag Silsilesi - Wikipedia
Darıdağ silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında yerləşir və yer səthində onun təbii davamı kimi çıxış edən müstəqil morfostruktur qalxıma cavab verir. Cənub-şərqdə Yaycı düzündən başlayaraq şimal-şimal-qərbə doğru Əlincəçayın sol sahilinədək 16 km məsafədə uzanır. Ən hündür zirvəsi Darıdağdır (1927,4 m). Silsilənin digər zirvələri Pilələr (1562,6 m), Şahqaraş (1430,6 m), Dikdaş (1411,0 m) və Kəsəndağdır (1102,1 m). Yamacları kəskin parçalanmış və sıldırımlıdır. Darıdağ mineral sular yatağı silsilənin cənub-şərqindədir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında yerləşən və Üst Eosen, Oliqosen və Alt Miosen yaşlı çökmə və vulkanogen-çökmə süxurlardan təşkil olunmuş Darıdağ-Aza qalxımının mərkəzi hissəsinə uyğun gəlir və morfostruktur baxımdan suayırıcısı şimal-qərbə uzanan qırılma ilə pozulmuş antiklinal silsilə kimi səciyyələndirilir.
Darıdağ silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1927,4 m |
Yerləşməsi | |
39°00′45″ şm. e. 45°41′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
DAĞÜSTÜ SİLSİLƏSİ – Culfa rayonu ərazisində Darıdağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.