Dario Hubner - Wikipedia
Dario Hübner (28 aprel 1967[1]) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub.[2]
Dario Hübner | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1967[1] (57 yaş) |
Vətəndaşlığı | |
Boyu | 184 sm |
Çəkisi | 78 kq |
Mövqeyi | hücumçu |
Həyatı
redaktəİtaliyalı hücumçu Dario Hübner, İtaliyanın şimalında Mudca şəhərciyində doğulub. Atası alman anası isə italyandır. Orta Məktəbi yarımçıq bitirib və 7-ci sinfi bitirdikdən sonra çörəkçi işləməyə başlayıb. Daha sonra metal yığan, daha sonra isə 4 il pəncərə çərçivəsi ustası işləyib.
Karyerası
redaktəFurbolçu karyerasına 1987-ci ildə Trevezio əyalətində çıxış edən "Pievinya" komandasında başlayıb. Burada o futbol oynaya oynaya həm də şüşəçi işləyirdi.
Daha sonra o "Perqokrema" klubuna keçir. Burada bir mövsüm ərzində meydanda olduğu 30 oyunda 6 dəfə fərqlənir.
1989-cu ildə İtaliya C1 Seriyasında yarışan "Fano" klubuna keçir və burada 3 il oynayaraq 88 oyunda 25 dəfə fərqlənir. "Fano" klubunu onun karyerasında ilk peşəkar klub saysaq, onun peşəkar futbol karyerasına 22 yaşında başladığını görmək olar. Ancaq burada oynadığı müddətdə Darionun zərərli vərdişləri ortaya çıxır. O, gün ərzində 15 siqaret çəkir, hər gün ən azı bir badə tünd "Qrapp" və bir neçə qab pivə içirdi. Hətta ehtiyat oyunçular skamyasında oturarkən baş məşqçi Françesko Qvidolinin yanında belə siqaret çəkməyindən qalmırdı. Ancaq bunlar onun qolçu kefiyyətlərinə mane olmurdu və o, 1991/92 mövsumundə C1 Seriyasının bombardiri olmağı bacarır.
Növbəti mövsum isə Dario B Seriyasında çıxış edən "Çezena" klubuna keçir. Burada azarkeşlər tərəfindən Bizon ləqəbini alır. "Çezena"da 5 mövsum keçirir və İtaliya çempionatında 166 oyunda 77 dəfə fərqlənir. "Çezena"nın heyətində 1995/96 mövsumundə İtaliya B Seriyasının bombardiri olur və mövsum bitincə İtaliya nəhəngi "İnter" klubuna dəvət alır. İnterdə ilkin yoxlanışı və baxışı uğurla keçir. Ancaq klubun zərərli vərdişlərdən imtina etmək təklifinə yox dediyi üçun "İnter" ondan imtina edir.
Bir il sonra o "Breşiya" klubunda peyda olur. Burada 129 oyunda 75 dəfə fərqlənir. "Breşiya"da olduğu son illərdə İtaliya futbolunun xaç atası sayılan Karlo Matsonenin rəhbərliyi ilə gözəl mövsum keçirərək İtaliya nəhəngi "Milan"ın maraq dairəinə düşur.
"Milan" klubu onu 2001-ci ildə kluba dəvət edir. Dario "Milan" ilə Ekvadora yollanır. Ancaq meydana çıxdığı elə ilk oyunun fasiləsində yoxa çıxır. "Milan"ın baş məşqçisi Karlo Ançelotti onu otaqların birində siqaret çəkə çəkə pivə içən vəziyyətdə tapır.[3] Bundan sonra Dario ilə müqavilə bağlanmır və o geri, İtaliyaya qayıdaraq "Pyaçenza" klubu ilə müqavilə bağlayır.
"Pyaçenza"da elə ilk mövsumdə İtaliya A Seriyası bombardiri olur. Bu klubda 2 ildə İtaliya çempionatında 60 oyuna 38 dəfə fərqlənir.
Daha sonra "Peruca" 13 oyun (3 qol), "Mantova" 23 (7) , "Kyari" 15 (9), "Rodengo Sayano" 25 (18) , "Orsa Korte Franka" 64 (58) , "Kastel Mella" 14 (16) klublarında oynayır və 2011-ci ildə həvəskar "Kavenaqo" klubunda meydana çıxdığı 6 oyunda 2 dəfə fərqlənərək karyerasını bitirir.[2]
Karyera statistikası
redaktəKaryerası | |||
---|---|---|---|
İllər | Klub | Oyun | Qol sayı |
1987–1988 | Pievigina | 25 | (10) |
1988–1989 | Pergokrema | 30 | (11) |
1989–1992 | Fano Calcio | 88 | (25) |
1992–1997 | Çezena | 166 | (74) |
1997–2001 | Breşiya | 129 | (75) |
2001–2003 | Pyaçenza | 60 | (38) |
2003 | Ankona | 9 | (4) |
2003–2004 | Peruca | 13 | (3) |
2004–2005 | Mantova | 23 | (7) |
2005 | Kyari | 7 | (9) |
2005–2006 | Rodingo Saiano | 18 | (9) |
2006–2009 | Korte Franka | 64 | (58) |
2009–2010 | ASD Kastel Mella | 14 | (16) |
2010–2011 | Kavenaqo | 6 | (2) |
Cəmi | 652 | (341) | |
Ancaq Ölkə çempionatındakı qollar və oyunlar göstərilib. |
Maraqlı Faktlar
redaktəFutbolçunun heç vaxt agenti olmayıb.
İngiltərənin Lids və Nottingem Forest kimi klublarından təklif alsada yox deyib.
İtaliya nəhəngləri olan Milan və İnter Milan kimi klublardan təklif alsada, siqaret aludəçisi olduğu üçun onlarla razılaşa bilməyib.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Dario Hübner // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
- ↑ "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.