David Foenkinos - Wikipedia
David Foenkinos - Wikipedia - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
David Foenkinos (fr. David Foenkinos, 28 oktyabr 1974[1][2][…], X arondisman[3]) — fransız yazıçısı və ssenaristi.
David Foenkinos | |
---|---|
fr. David Foenkinos | |
Doğum adı | David Pascal Foenkinos[3] |
Doğum tarixi | 28 oktyabr 1974[1][2][…] (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | fransız |
Fəaliyyəti | kinorejissor, ssenarist, yazıçı, uşaq ədəbiyyatı yazıçısı |
Əsərlərinin dili | fransız dili |
Janr | romanist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDavid Foenkinos Parisdə anadan olmuşdu. Sorbonna universitetinin filologiya fakültəsini bitirmişdir. Həmçinin paris jaz məktəbində oxumuş və orada öz qrupunu yaratmışdır. 30 yaşlı nəslin ən oxunan yazıçılarındandır. Sedrik Klapiş və Jak Duyon kimi tanınmış fransız rejissorlar üçün ssenarilər yazır. "Le Figaro" fransız qəzetinin məlumatına görə, o 2011-ci ilin 5 ən çox satılan romançılarına daxil edilmişdir.
2011-ci ildə onun eyniadlı romanı (Delikates) əsasında Odri Totu və Fransua Damiens baş rolda getməklə film çəkilmişdir.
Romanlar
redaktə- (fr. Inversion de l'idiotie: de l'influence de deux Polonais) (Gallimard) (2001)
- Entre les oreilles (Gallimard) (2002)
- Mənim arvadımın erotik potensialı (fr. Le Potentiel érotique de ma femme) (Gallimard) (2004)
- En cas de bonheur (Flammarion) (2005)
- Les Cœurs autonomes) (Grasset) (2006)
- Qui se souvient de David Foenkinos? (Gallimard) (2007)
- Nos séparations (Gallimard) (2008)
- Delikates (roman) (fr. La Délicatesse) (Gallimard) (2009)
- Bernard (Les éditions du Moteur) (2010)
- Lennon (Plon) (2010)
- Le petit garçon qui disait toujours non (Albin Michel Jeunesse) (2011)
- Les Souvenirs (Gallimard) (2011)
- Le saule pleureur de bonne humeur (Albin Michel Jeunesse) (2012)