David Saracisvilinin Evi - Wikipedia
David Qabaşvilinin evi (gürc. მწერალთა სახლი) və ya Gürcüstan Yazıçılar Birliyinin binası – Tbilisi şəhərinin Sololaki rayonunda, Maçabeli küçəsi 13 ünvanında yerləşən malikanə tipli yaşayış binasıdır. Hazırda binada Gürcüstan Yazıçılar Birliyi yerləşir.
David Saracişvilinin evi | |
---|---|
gürc. მწერალთა სახლი | |
41°41′24″ şm. e. 44°47′58″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Maçabeli küçəsi 13 |
Aidiyyatı |
David Saracişvili Gürcüstan Yazıçılar Birliyi |
Memar | Karl Zaar |
Tikilmə tarixi | 1905 |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | qəzalı |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBina, 1905-ci ildə xeyriyyəçi David Saracişvilinin (1848-1911) sifarişi ilə inşa edilmişdir. Binanın layihəsi berlinli memar Karl Zaar tərəfindən hazırlanmışdır.[1] İnşaat işləri üçün seçilən yerdə daha əvvəl Saracişvilinin atasının evi olmuşdur. Tikinti 1903-1905-ci illərdə Aleksandr Ozorov və Korneli Tatsevin rəhbərliyi altında aparılmışdır. 1905-ci ilin mayında – Devid və Yekaterina Porakişvililərin gümüş toyuna kimi bina təhvil verilmişdir.
Binanın memarlıq stili barokko və müasir memarlıq tərzlərinin qarışığından formalaşdırılmışdır. Malikanənin ineryerləri İlya Mamaçaşvili tərəfindən işlənmişdir.[2]
Evdə tez-tez yığıncaqlar, rəssamların görüşləri, müzakirələr, sərgilər və konsertlər təşkil olunurdu.
1911-ci ildə Saracişvilinin ölümündən sonra ev yerli özünüidarə orqanına hədiyyə edilmiş, lakin əsas şərt kimi evdə bədii qalereya və ya incəsənət muzeyinin yaradılması göstərilmişdir.
1912-ci ildə ev Akakiy Xoştariya tərəfindən alınmışdır. Məhz onun ev sahibi olduğu dövrdə bu imarətdə Rusiya imperatoru II Nikolay qonaq kimi qəbul edilmişdir.
Gürcüstanda SSRİ hakimiyyətinin qurulmasından sonra 1921-ci ildə Xoştariya Gürcüstanı tərk etmiş, ev isə Gürcüstan İnqlab Komitəsinə daxil olan rəssam və yazıçıların istifadəsinə verilmişdir. Binada Yazıçılar Birliyinin fəaliyyətə başlamasından sonra müxtəlif vaxtlarda burada Qorki[3], Yesenin, Mayakovski, Bulqakov, Tabidze, Qabaşvili, K. Qamsaxurdiya və başqaları olmuş, evin otaqlarından birində isə Osip Mandelştam yaşamışdır.
22 iyul 1937-ci ildə yazıçı Paolo Yaşvili bu binada özünü güllələmişdir. Yazıçı Tisian Tabidze tərəfindən hədiyyə olunmuş (Tabidze əvvəlcə həmin tapançanı Yeseninə hədiyyə etmək istəsə də, sonradan fikrini dəyişmişdi) tapançanı istifadə etmişdir.[4]
Ev dövrümüzə ilkin formasını qoruyaraq, o cümlədən rəsmlərlə bəzədilmiş tavanları, çilçıraqları, böyük kamini və unikal bağı ilə birlikdə çatmışdır.
İstinadlar
redaktə- ↑ "В Тбилиси есть еще одно место, помимо коньячного завода, которое неразрывно связано с памятью о Давиде Сараджишили". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
- ↑ "Тифлисский журнал". 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
- ↑ "Максим Горький (в центре) среди грузинских писателей в саду Дворца писателей. 24 июля 1928 года". 2018-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
- ↑ "Дом Сараджева В 1921 году сюда поместили Дом Писателей Грузии. Именно здесь застрелился писатель Паоло Яшвили". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
Ədəbiyyat
redaktə- Артём Синцов Грузия пешком. Самые интересные прогулки по Грузии. Москва: Издательство «Эксмо», 2018. 256 с. ISBN 978-5-04-090136-4