Davud Ulduzu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Davud ulduzu" (ivr. מָגֵן דָּוִד, "David qalxanı", Magen David (idiş dilində Magendo`vid kimi tələffüz olunur)) iki bərabərtərəfli ulduzun bir-birinin üzərində təsvir edilməsi ilə formalaşan altıgüşəli ulduz (heksaqramma) şəklində qədim simvoldur.
Simvola David ulduzu adı veriləməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Həmin möhürün ilk dəfə Hz. Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir sözlə, altıguşəli ulduzun bir "peyğəmbər işarəsi" olduğu bildirilir. Həmçinin bu simvolun Çar Davidin döyüşçülərinin qalxanlarında təsvir edilməsi ehtimal edilir. masonluğun əsas və məşhur simvollarındandır. Eyni zamanda XIX əsrdən etibarən yəhudilərin ümumi simvolu hesab olunan bu fiqur İsrail dövlətinin bayrağında da təsvir olunub.
Ancaq masonların bununla bağlı fərqli fikirləri vardır. Onlar altıguşəli ulduzu Süleyman peyğəmbərin möhürü kimi deyil, Qədim Misirin bütpərəst sivilizasiyasının rəmzi kimi qəbul edirlər. "Memar Sinan" dərgisində çap olunan "Ayinlərimizdəki alleqoriya və rəmzlər" adlı bir məqalədə həmin məsələ belə açıqlanır:
"Bərabərtərəfli üçbucaq üç nöqtəni eyni uzaqlıqlarda saxlayaraq, bu dəyərlərin bərabər olduğuna işarə edir. Masonluğun qəbul etdiyi və "Davudun ulduzu" kimi tanınan iç-içə keçmiş iki bərabərtərəfli üçbucaq, yəni heksoqram bu gün yəhudilərin simvolu kimi qəbul edilir və Israilin bayrağında yer alır, Amma əslində bu simvolların başlanğıcı Qədim Misirdir. Həmin emblem ilk dəfə Tampliyer cəngavərlərinin tikdirdikləri kilsələrdə xüsusi məna daşıyan divar bəzəyi kimi işlədilib. Tampliyerlərə divan tutulandan sonra bu emblem ilk dəfə sinaqoqlarda işlədildi, Amma masonluqda biz, şübhəsiz ki, onu Qədim Misirdə daşıdığı mənasında qəbul edirik. Bu mənada da iki vacib qüvvəni bir-birinə birləşdiririk. Həmin iki bərabərtərəfli üçbucağın alt və üst tabanlarını silsəniz, qarşınızda çox yaxşı tanıdığınız bir səhləb çiçəyi simvolu görərsiniz".
Yəhudi inancının ayrılmaz bir simvolu olan bu simvol İsrail xalqının dini və tarixi keçmişində oynadığı rollara görə, Sion ulduzu ya da Davudun ulduzu olaraq adlandırılmışdır. Əfsanəyə görə, "Goliat" adlı nəhəngə qarşı döyüşərkən, kiçik Davidi (Davudu) qoruyan qalxanın üzərində altıbucaqlı bir simvol vardı. Bu simvol bəlkə də şəklini David adının İvritcədə ki yazılışına borcludur. David ivrit dilində üç hərflə: "Dalet-vav — Dalet" hərfləriylə yazılır. Çox köhnə İvrit əlifbasında isə Dalet hərfi Yunan əlifbasındakı "Delta" ya bənzəyən kiçik bir üçbucaq şəklində yazılırdı. İki "Dalet" in birləşməsi, yəni iki üçbucağın altıbucaqlı bir ulduz şəklində çəkilməsi Kral Davidin adını təmsil edirdi. Bu şəklin Kral Davidin monogramı olması məntiqli bir fərziyyədir.
Altıbucaqlı ulduzun ilk dəfə "David Ulduzu" olaraq adlandırılmasına dair yazılı nümunə XIII əsrdə Kabalist Yosef Gikatillanın əsərlərində rast gəlinir. İlk İvrit kitabı Praqada 1512-ci ildə basılan "Səfər Tefirot" dur. Bu kitabın qapağında böyük "Davud Ulduzu" təsvir edilib. Magen David Yəhudilik simvolu olaraq ilk dəfə Praqa Yəhudi Camaatı tərəfindən istifadə edilmiş və bu camaatın xüsusi və rəsmi simvolu olaraq qəbul edilmişdir.
Tarixi
redaktəQədim dövr
redaktəHeksoqramma —qədim beynəlxalq simvol hesab edilir. Ehtimal edilir ki, bu simvol Yaxın Şərqdən və Avropadan əvvəl Hindistanda yaranmışdır və Anaxata və ya Anaxata-Çakra adı ilə tanınışdır. İlk dövrlərlə heksoqramma yəhudi simvolu hesab edilmirdi və iudaizmə heç bir aidiyyəti yox idi. Yaxın və Orta Şərqdə bu simvol İştar ilahəsinin simvolu kimi qəbul edilirdi.
Tunc dövründən etibarən (eramızdan əvvəl dördüncü milliyin sonu — birinci minilliyin əvvəli) heksoqramma müxtəlif xalqlar tərəfindən dekorativ və cadugərlik məqsədləri ilə geniş istifadə edilirdi.
Yaxın Şərqdə ən qədim heksoqramma Yehoşua ben Asayaha məxsus e.ə. VII əsrə aid olan yəhudi yazısında aşkar edilmişdir. Sonralar bu simvolla ev əşyalarını və Sinaqoqların fasadlarını bəzəməyə başladılar. Buna misal kimi Kfar-Naxum (Kapernaume) (eramızın II–III əsri) Sinaqoqunu qeyd etmək mümkündür. Yerusəlimdə aparılan qazıntılar zamanı aşkar edilmiş roma villasının döşəməsi david ulduzu simvolu ilə bəzədilmişdir. Bu isə onu göstərir ki, qədimdə bu ulduz yalnız dekorativ məqsədlərlə istifadə edilmişdir. Həmçinin məlumdur ki, Ellinizm dövründə bu simvol yəhudilərlə assosasiya olunmurdu.
Heksoqramma yəhudi simvolu statusu almazdan əvvəl bu funksiyanı kilsə şamdanı yerinə yetirirdi. Bəzi müasir nəzəriyyələr david ulduzunun mənşəyini kilsə şamdanının forması ilə əlaqələndirirlər.
Orta əsrlər
redaktəOrta əsrlərdə heksoqramma bir simvol kimi geniş istifadə edilirdi. X–XI əsrlərdə Navarra kralları bu simvolu öz möhürlərində təsvir edirdilər. Fransız, ispan, danimarkalı və alman ilahiyyatçıları heksoqrammadan, həmçinin pentaqrammadan çap elementi kimi istifadə edirdilər. Bu ulduz erkən xristian gözmuncuqlarında, həmçinin müsəlman ornamentlərində "Süyelmanın möhürü" adı ilə təsvir edildi.
"David Qalxanı" ifadəsi ilk dəfə Babilistan qaonlarının dövrünə təsadüf edir (bu söz ilk dəfə Talmudda allahın adlarından biri kimi çəkilir).
Orta əsrlərdə də David ulduzu mistik simvol kimi gözmuncuqlarında istifadə edilirdi. Qeyd etmək lazımdır ki, orta əsrlərdə heksoqrammaya daha çox ərəb mənbələrində təsadüf edilir. Həmçinin heksoqramma Qaraman və Kandar kimi müsəlman ölkələrin bayraqlarında əks olunmuşdur.
Başqa bir nəzəriyyə isə David qalxanı ifadəsinin XII əsrdə yaşamış yalançı məsih David Alroyun (Menahem ben Roy) adı ilə bağlı olduğunu iddia edir.
Heksoqrammanın ilk dəfə məxsusi yəhudi simvolu kimi istifadə edilməsinə 1354-cü ildə imperator dördüncü Karl (Müqəddəs Roma imperatoru) tərəfindən Praqa yəhudilərinə öz bayraqlarına sahib olmağa icazə verməsi ilə başlanmışdır. Həmin bayraq qırmızı parça üzərində altıgüşəli ulduzun təsvirindən ibarət idi və çar Davidin bayrağı adlanırılırdı. Maqendavid həmçinin bu icmanın möhüründə də əks edilmişdi və faktiki olaraq orta əsrlər Praqasında yəhudi icmasının rəsmi simvoluna çevrilmişdir.
Yeni dövr
redaktəNəticədə heksoqramma yəhudilərin tipoqrafik simvoluna, həmçinin ailə gerblərinin əsas hissəsinə çevrildi.
Həmin dövrdə Çexiyada heksoqrammaya sinaqoqların bəzək elementlərində, müxtəlif nəşrlərdə, həmçinin dini və gündəlik məişət əşyalarında rast gəlmək mümkün idi. Sonralar (XVII–XVIII əsrlərdə) bu simvol Avstriya, İtaliya və Niderland yəhudiləri tərəfindən geniş istifadə edilməyə başladı. Bu simvol Şərqi Avropa icmaları arasında yayıldı. XVIII əsrdə qədər "David ulduzu" və "Süleymanın möhürü" ifadələri eyni məna daşıyır və bir-birini qarşılıqlı əvəz edə bilən ifadələr kimi istifadə edilirdi. Bu dövrdə isə heksoqramma "David ulduzu", pentoqramma isə "Süleymanın möhürü" kimi adlandırılmağa başlandı.
XVIII əsrin sonların david ulduzu yəhudi baş daşlarında əks edilməyə başlandı. Təxminən bu dövrdən etibarən həmin ulduz yəhudiliyin simvolu kimi qəbul edildi. Artıq 1799-cu ildə "Maqendavid" antisemit karikaturalarda yəhudiliyin simvolu kimi təsvir ediməyə başlandı. 25 il sonra isə bu simvol Rotşild ailəsinin gerbində təsvir edildi.
XIX əsrdə yəhudilər, xristianların xaçına anoloji olaraq david ulduzunu özlərinə simvol kimi seçdilər. Məhz bu dövrdə altıgüşəli ulduz bütün dünya yəhudilərinin simvoluna çevrildi. O, yəhudi sinaqoqlarının binalarında, yəhudi təşkilatlarında, abidələrində və baş daşlarında, nəşrlərdə və sənədlərdə, həmçinin məişətdə geniş istifadə edilməyə başlandı. 1897-ci ildə Bazeldə keçirilmiş Sionistlərin konqresində sionizm hərəkatının rəsmi simvolu kimi qəbul edilmişdir. Herşom Şalomun fikrində david ulduzunun sionizmin simvolu kimi seçilməsinin iki əsas səbəbi var idi: O, bütün dünya yəhudiləri arasında geniş yayılmışdı: David ulduzu qədim dini simvol deyildi və o, iudaizm dinini yox, yəhudi millətini təcəssüm edirdi. Müasir sionist ideoloqları üçün bu çox vacib idi.
Yəhudi simvolu kimi işlədilməsinə dair nümunələr
redaktə- 1822-ci ildə Rotşild ailəsi onu öz gerblərində təsvir etdilər.
- Yəhudi mənşəli alman şair Henri Heyne 1840-cı ildə imza əvəzinə heksoqrammadan istifadə etmişdir.
- Ağırçəkili yəhudi mənşəli boksu Maks Ber 930-cu ildə döyüşlərdən birində rinqə heksoqramma bəzəyi vurulmuş şortlar çıxmışdı
- Altıbucaqlı ulduzun yəhudilərin simvoluna çevrilməsində alman faşistlərin rolu az olmamışdır. Faşistlərin hakimiyyəti dövründə bir sıra Avropa şəhərlərində yəhudiləri digər millətlərdən fərqləndirmək məqsədilə "David ulduzu"ndan istifadə edilirdi. Bu, həm yəhudiləri ətrafda yaşayan xalqlardan fərqləndirməyə, həm də onlara qarşı alçaldıcı damğa hesab edilirdi. David ulduzu həmçinin konslargerdəki məhbusları qruplaşdırmaq üçün istifaə edilirdi. Belə ki, adətən siyasi məhbuslar — qırmızı, cinayətkarlar -yaşıl və "asosial elemtlər" isə qara ulduz taxırdılar. Digər millətlərdən olan məhbuslar isə eyni rəng ulduzla "nişanlanırdılar"
- Eyni zamanda, ABŞ-də və Böyük Britaniyada "Maqen David" yəhudi simvolu hesab edilirdi və müttəfiq qoşunların tərkibində xidmət edərkən döyüşlərdə həlak olan yəhudi əsgərlərin baş daşlarında həmin simvolu qeyd edirdilər. Həmçinin hərbi ravvinlər də bunun tərəfdaşları kimi çıxış edirdilər. Bundan başqa sarı fonda təsvir edilmiş mavi David ulduzu, II Dünya Müharibəsi zamanı Britaniya qoşunlarının tərkibində döyüşən yəhudi briqadasının emblemi seçilmişdi. Ola bilsin ki, müəlliflər nasitlərin sarı ulduzunu yəhudilər üçün fəxarət mənbəyinə çevirməyə çalışmışlar.
- Yəhudi dövləti yaradıldıqdan sonra, üzərində mavi David ulduzu təsvir edilmiş sionist hərəkatının bayrağının, dövlət bayrağı kimi seçilməsinə qərar verildi.
- David ulduzu həmçinin İsrail ordusunun simvoludur.
Mənası
redaktəDavid ulduzunun mənasına dair ənənəvi və XX əsrdə təklif edilmiş nisbətən müasir yanaşmalar mövcuddur.
- İkili başlanğıc
- Qeksorqramma kişi ("enli çiyinləri olan" və təpə nöqtəsi aşağı istiqamətlənmiş üçbucaq) və qadından (təpə nöqtəsi yuxarı istiqamətlənmiş üçbucaq) ibarət olan ikili bağlanğıc kimi izah edilir
- Maqen David, həmçinin səmavı (makrokosma) və dünyəvi (mikrokosma) başlanğıcların simvolu kimi şərh edilir.
- Dörd
- Qədimdə hesab edilirdi ki, david ulduzu təbiətin dörd əsas ünsürünü xarakterizə edir. Təpə nöqtəsi yuxarı istiqamətlənmiş üçbucaq alovu və havanı, təpə nöqtəsi aşağı istiqamətlənmiş üçbucaq isə suyu və torpağın təsvir edir.
- Digər bir versiyaya görə, yuxarıdakı üçbucağın küncləri alovu, suyu və havanı, aşağıdakı üçbucağın küncləri isə rəhmliliyi, sülhü və minnətdarlığı göstərir.
- Başğa bir versiyaya görə David ulduzu yer kürəsinin ihali idarə edilməsini simvollaşdırır: yer, səma və üfüqün dörd cəhəti.
- Dünya quruluşu
- Ravvin Eliyaqu Essanın verdiyi şərhə görə, bu simvol yerin 6 gündə yaradılması və ilə əlaqədardır. İki ücbucaq iki istiqaməti göstərir. Təpə nöqtəsi yuxarı istiqamətlənmiş üçbucaq Allahı və onun tək olduğunu göstərir. Həmin üçbucağın yerdə qalan iki təpə nöqtəsi isə xeyir və şərin yaranması prosesini göstərir. Essasın fikrincə, ikinci üçbucaq insanın mövcuqluğunun mahiyyətini -"sağ" və "sol" ideyaların birləşdirilməsini xarakterizə edir.
- Yeddi
- Kabbalaya əsasən, Maqen David yeddi aşağı sfirotu təsvir edir. Ücbucağın 6 təpə nöqtəsi (ən yuxarıdan başlamaqla) və mərkəzi hissəsi aşağıdakı sfirotları simvolizə edir: Tiferet, Hesed, Nesah, Malhut, Hod, Qruva, mərkəzdə isə Yesod.