Decin - Wikipedia
Deçin— Çexiya Respublikasının şimalında Usti nad Labem əyalətində olan bir kiçik şəhər. Deçin əyalətin vilayətdə ən böyük şəhəri olub, əyalətin mərkəzi şəhəri sayılır.
Şəhər | |
Deçin | |
---|---|
Děčín | |
50°46′54″ şm. e. 14°12′53″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1283[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 138 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Dini tərkibi | xristian |
Rəsmi dili | Çex dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 405 02[4], 405 05[4], 407 11[4] |
Nəqliyyat kodu | U |
Digər | |
mmdecin.cz | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəDeçin Bohemiyanda Elba çayı (Çex: Labe) ilə Ploučnice çayının birləşdiyi ərzidə salınmışdır. Şəhər Elba çayı bölgədə olan yumşaq qumdaşından ibarət alçaq dağlıq bölgədən keçdikdən sonra Bohemiya İsveçrəsi və şimalda Luşatınya Dağları, cənubda Bohemiya Yüksək Sahələri kimi tanınan təpəlik ərazilərinə keçid bölgəsində yerləşir. Ərazi Elba çayının iki sahilində olub, tarixən iki dəyişik məskən meydana gəlmişdir: Elba çayının sağ sahilində olan ərazi köhnə Deçin şəhəridir və sol sahildəki ərazinin adı 1842-ci ildə bələdiyyəsi qurulan Podmokly (Alman dilində "Bodenbach") qəsəbəsidir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 135 m olub, beləcə Çex Respublikasında ən aşağı hündürlüyə malik şəhərlərdən biridir.
Şəhərin yaxınlığından Almaniyanın Drezden şəhəri ilə Praqanı birləşdirən çox əhəmiyyətli dəmiyolu olan "Elba Vadisi Dəmiryolu" keçir. Deçin stansiyası ilə Praqanın şimalı arasında qatarla təxminən 83 dəqiqəlik yol var. Bu dəmiryoluna paralel olaraq Elba çayı sahili boyu avtomobil yolu uzanır və bu yol üzərindəki "Bad Schandau" sərhəd qapısı 1938-ci ildə genişləndirilib qurulmuşdur. Bütün bu nəqliyyat yolları (dəmiryolu xətti, avtomobil yolu və şəhərdən keçən su yolu) Deçin şəhərini əhəmiyyətli coğrafi strateji mövqeyə çevirmişdir.
Deçin sənaye mərkəzi olub, metal lövhələr, qida sənayesi, tekstil, kimyəvi maddələr, pivə, balıq konservi sənayeləri şəhər sənayesinin önəmli hissəsini təşkil edir. Həmçinin, Deçin jurnal-kitab nəşriyyatı və çapı sənayesinin mərkəzidir.
Həmçinin bax
redaktə- ↑ Jakl L. Jak stará jsou česká města? Legendy a fakta. (çeş.). // iDNES.cz 2011.
- ↑ Czech Statistical Office Malý lexikon obcí České republiky – 2017. Czech Statistical Office, 2017.
- ↑ Český statistický úřad Počet obyvatel v obcích – k 1. 1. 2024 (çeş.). Praha: ČSÚ, 2024.
- ↑ 1 2 3 Register of territorial identification, addresses and real estates.