Debet Karti - Wikipedia
Debet Karti - Wikipedia - Haqqında Məlumat
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir.
Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.