Deklarasiya - Wikipedia
Deklarasiya - Wikipedia - Haqqında Məlumat
Deklarasiya [lat. declaratio – bəyanat vermə, ərizə, məlumat, elan etmə; fr. declaration – ərizə, demək, söyləmək]:
- bir məsələ haqqında dövlət və ya partiya tərəfindən verilən bəyanat;
- gömrükxana haqqı ödənilən zaman təqdim olunan mal siyahısı;
- xaricə pul və ya qiymətli bağlama göndərilərkən əlavə edilən poçt vərəqəsi;
- vergi tələb olunan şəxsin əmlakı və gəliri haqqında verdiyi məlumat;
- bəyannamə, bəyanat;
- rəsmi və ya təntənəli proqram müraciəti, nəyinsə elan olunması, həmçinin onun yazıldığı sənəd;
- hər hansı bir məlumatları çatdıran bəzi rəsmi sənədlərin adı;
- hökumət və ya partiyanın bildirişi, bəyanatı;
- gömrük bəyannaməsi;
- poçt sənədi;
- vergi bəyannaməsi.
Ədəbiyyat
redaktəR. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.