Demokratik Azerbaycan Dunyasi Partiyasi - Wikipedia
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur.
Milli Həmrəylik Partiyası | |
---|---|
Sədri | Əlisahib Hüseynov |
Qurucu | Məmməd Əlizadə |
Quruluş tarixi |
1992(DADP) 2020 (MHP) |
Qeydiyyat tarixi | 10 fevral 1993 |
Dağılma tarixi | 9 iyun 2023 |
Birləşən | Böyük Millət Partiyası [a](2008) |
Bölünmə | Böyük Millət Partiyası [a] (2009) |
Baş qərargah | |
İdeologiya | Azərbaycan milliyətçiliyi |
Üzvlüyü |
Məşvərət Məclisi (1997-?) İslahat Seçki Bloku (2005) |
Saytı | mhp.az |
Tarixçə
redaktəDemokratik Azərbaycan Dünyası Partiyası (1992–2020)
redaktə2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib.[1]
2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür :
- Fatma Əliyeva sədrliyində
- Əlisahib Hüseynov sədrliyində
2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir.
Milli Həmrəylik Partiyası (2020–2023)
redaktə23 avqust 2020-ci ildə DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi.[2]
9 iyun 2023-cü ildə Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır.[3]
Rəhbərlik
redaktəPartiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur.[4] Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir. 2013-cü ildən partiyanın sədri Əlisahib Hüseynovdur.
Seçkilərdə
redaktə2008-ci il prezident seçkilərində partiya namizəd İlham Əliyevi dəstəkləyib. 2005-ci il parlament seçkilərində 57 namizəd irəli sürülsə də, bunlardan heç biri seçilməyib. 2009-cu il bələdiyyə seçkilərində 300 nəfər namizədliyini versə də, bələdiyyə üzvlüyünə 3 nəfər seçilib.
2013-cü ildə partiya prezidentliyə Mehriban Əliyevanın namizədliyini irəli sürmək təşəbbüsü ilə çıxış etsə də, daha sonra İlham Əliyevin namizədliyini dəstəkləmişdir.[5]
Parlament
redaktəSeçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | 0 / 100 |
N/A | N/A | N/A | 0 / 125
| |||
2000 | 0 / 100 |
0.26 | 0 / 25 |
0 / 125
| ||||
2005 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |||
2010 | 11 110 | 0.46 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |
2015 | Əlisahib Hüseynov | 3 230 | 0.11 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
|
2020 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
|
Bələdiyyə
redaktəSeçki | Sədr | Səs | Bələdiyyə üzvü | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
1999 | Məmməd Əlizadə | 0 / 20.456
| |||
2004 | 0 / 20.346
| ||||
2009 | 3 / 15.591
| ||||
2014 | Əlisahib Hüseynov | 0 / 15.035
| |||
2019 | 0 / 15.156
|
Qeydlər
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycanın hakimiyyətyönlü partiyasının bərpa qurultayı keçiriləcək". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
- ↑ "Azərbaycanda daha bir partiya yaradıldı: "Sənədlərimizi yaxın günlərdə Ədliyyə Nazirliyinə təqdim edəcəyik"". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı - SON BƏYANAT". musavat.com. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
- ↑ "Demokratik Azərbaycan Dünyası Partiyasında qalmaqal". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
- ↑ "Mehriban Əliyevanın namizədliyini irəli sürən partiya rəhbəri kimdir?". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
Mənbə
redaktə- Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 130–131.