Demoqrafik Siyaset - Wikipedia
Demoqrafik siyasət - dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin sayı və strukturu dinamlkasını sabit saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasət.
Məqsəd və vəzifələri
redaktəDemoqrafik siyasət doğum sayı, nikahlılıq, boşanma, əhalinin yaş strukturu və onun ölüm miqdarına təsir edən siyasətdir. Geniş mənada demioqraflk siyasəti bəzən əhalinin artması ilə eyniləşdirilir, dar mənada isə onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir. Demoqrafik siyasətin obyekti kimi ölkələr, onların ayrı-ayrı bölgələri və eləcə də əhalinin ayrı-ayrı qrupları (koqortası - biriəşmiş dəstəsi) da çıxış edə bilər.
Demoqrafik siyasət, əsasən müxtəlif tədbirlər kompleksinə əsaslanır; iqtisadi, inzibati-hüquqi, tərbiyəvi və təbliğati.
Əsasən doğum sayının stimullaşdınlmasına yönəldilən iqtisadi tədbirlərin siyahısına ödənilən məzuniyyət və uşaqların doğulması zamanı müxtəlif müavinətlər, ailənin sayından, yaşından və tərkibindən asılı olaraq uşaqlara verilən müavinət - proqressiv şkala üzrə müxtəlif borclar, kreditlər, vergi və mənzil güzəştləri və s. aiddir.
İnzlbati-hüquqi tədblrlər nikaha daxil olma yaşını, boşanmanı, abortlar və kontraseptlərin qəbuluna münasibəti, ailənin dağılması zamanı ananın və uşaqlann əmlak vəziyyətini, işləyən qadınların iş rejimini və s. nizama salan qanunverici aktları birləşdirir.
Tərbiyəvi və təbliğati tədbirlər ictimal fikrin, demoqrafik əxlaqın norma və standartlarının formalaşmasına, ailə planlaşdırıllması siyasətinə (uşaq doğulmasının ailədaxili tənzimlənməsi) və əhalinin artımına dini və digər adət və ənənələrin münasibətinin ayırd edilməsinə, gənclərin cinsi tərbiyəsinə, təhsilinə və s. yönəldilir.
Tarixi
redaktəDemoqrafik siyasətin tarixi çox qədim zamanlara gedib çıxır. O, qədim dövrün bir çox hüquqi və qanunverici aktlarında, (xüsusilə, ölkələrin əhalisinin artıq olması və ya əksinə, böyük sayda insan itkisi zamanı) əksini tapmışdır. Müharibələr və epidemiyalar səbəbindən ölüm miqdarının çox olduğu orta əsrlərdə daha çox kortəbii xarakter daşıyan bəzi demoqrafik tədbirlər yüksək doğum sayının saxlanılmasına xidmət edirdi. Yeni dövrdə doğum sayını stlmullaşdıran, demoqrafik siyasəti mükəmməl hüquqi əsaslarla qanuniləşdlrən ilk ölkə Fransa olmuşdur. Tədricən Avropanın bəzi digər ölkələri də demoqrafik siyasətin tənzimlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirməyə başlamışlar. Sonralar onu qismən əhalinin artım sürətlnln qarşının alınmasına yönəldilən siyasət əvəz etmişdir. Prioritetlərin belə dəyişməsi-demoqraflk keçidin dövründən asılı olaraq-müasir dövr üçün də xarakterikdir. Bütün bunlara baxmayaraq, məşhur demoqraf A.Y.Kvaşın fikrincə, ümumilikdə demoqrafik siyasətin tarixi göstərir ki, o, kifayət qədər zəif alət olub və əhalinin artımına ciddi təsir göstərə bilməzdi.
Demoqrafik siyasət daha çox XX əsrin ikinci yarısında inkişaf edərək yayılmışdır. Bu, bir tərəfdən demoqrafik partlayış, digər tərəfdən demokrafik böhranla izah olunur. Bir çox siyasətçilər və alimlər onu birinci halda əhalinin artmasının qarşısını almaq, ikinci halda isə artımın sürətlənməsi üçün əsas vasitə kimi görürdülər. Təəccüblü deyil ki, bu dövrdə Biriəşmiş Millətlər Təşkilatı da demoqrafik siyasətə daha çox diqqət yetirirdi. Bu təşkilatın himayəsi altında əhali problemi ilə bağlı 1954-cü ildə Romada, 1965-ci ildə Belqradda, 1974-cü ildə Buxarestdə, 1984-cü ildə Mexikoda və 1994-cü ildə Qahirədə ümumdünya konfransları keçirilmişdir. 1967-ci ildə BMT-nin Əhalinin Məskunlaşması Sahəsində Fəaliyyətin Həvəsləndirilməsi üzrə Fond (YNFPA) yaradılmışdır. 1960-cı illərdən BMT əhalinin artımı sahəsində siyasət problemlərl ilə bağlı hökumətlər arasında sistematik sorğu keçirir. Bu problemlər BMT Baş Assambleyasının sessiyalarında da müzakirə olunmuşdur. 1992-ci ildə ətraf mühit və inkişafla bağlı məsələnin müzakirəsi ümumdünya konfransının gündəliyinə daxil edilmişdir. 1974-cü ıldə Buxarestdə qəbul edilən və demoqrafik siyasətin həyata keçməsi üçün konkret tövsiyələr daşıyan «Əhalinin artması sahəsində ümumdünya planı» adlı sənəd də xüsusı məna kəsb edır. Sonralar isə Mexiko və xüsusilə, Qahirədəki konfranslarda bu sənədə bir sıra prinsıpial dəyişikliklər edilərək bir qədər də inkişaf etdirilmişdir.
Demoqrafik siyasəti həqiqətən də effektiv və kəsərli etməK üçün bütün bu qətnamələr kifayət deyildi. Onun həyata keçirilməsi üçün yeni vasitələr vacib idi. Bu sahədə ilk böyük irəliləyış XX əsrin 50-60-cı illərində baş verdi.
Mənbə
redaktəV.P.Maksakovski. Dünyanın coğrafi mənzərəsi. I cild, Bakı, 2010,