Devid Hoces - Wikipedia
Devid Holl Hoces (ing. David Hall Hodges) 60 milyondan çox albomu satılaraq uğur qazanmış Amerikalı mahnı yazar, produser və bəstəkardır. O həmçinin Evanescence qrupunun keçmiş üzvü olub. Qrupdan ayrıldıqdan sonra şəxsi karyerasını davam etdirən Devid özünün Trading Yesterday qrupunu yaratdı, sonradan isə o, Avox, və Arrows to Athens qruplarının üzvü kimi fəalyyət götərdi.
Devid Hoces | |
---|---|
ing. David Hodges | |
Ümumi məlumatlar | |
Doğum adı | Devid Holl Hoces |
Doğum tarixi | |
Doğum yeri | Littl-Rok, Arkanzas, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | Amerikalı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
Mahnı yazar bəstəkar prodüser müğənni |
Fəaliyyət illəri | 2000-indiyədək |
Janrlar |
Alternativ rok elektronika pop rok |
Musiqi alətləri |
pianino gitara |
Əlaqələri |
The Age of Information Trading Yesterday Evanescence |
davidhodgesmusic.com |
Karyera
redaktə1999-2002: Evanescence
redaktəDevid 1999-cu ilin sonlarında Evanescence qrupuna qatıldı və Origin adlı ilk CD-lərini hazırladılar. Ardınca Fallen adlı albomlarını satışa çıxartdılar. İlk sinqlları olan Bring Me to Life Billboard Top 40 başda olmaqla bir çox çartlarda birinci pilləyə yüksəldi. 2003-cü ilin mart ayında işıq üzü görən Fallen albomu həftələr ərzində 16 milyondan çox satılaraq böyük bir uğura imza atdı. 2004-cü ildə Devid qrup ilə birgə Qremmi mükafatının Ən Yaxşı Rok və Ən Yaxşı Artist nominasiyaları üzrə qalib oldu.
2003-2007: Trading Yesterday vəThe Age of Information
redaktəFallen-dən sonra Devid qrupu tərk etdi. Littl-Roka qayıdan Devid 2003-cü ildə burada öz Trading Yeterday adlı qrupunu yaratdı. Qrupun üzvləri Devid (müğənni, gitaraçı, pianinoçu), Kolbert (zərb alətləri) və Stiven Makmorran (bas) 15 may 2004-cü ildə özlərinin The Beauty and the Tragedy adlı ilk demo CD-lərini hazırladılar. 2005-ci ilin yarısında Epic Records adlı səs yazma studiyası ilə olan işbirilindən sonra albom tamamlandı və "One Day" sinqılı Gizli Kəşfiyyat filmində soundtrekt kimi səsləndirildi. 2006-cı ildə qrup Epic Recods ilə yollarını ayırdı və tamamladıqdarı More Than This albomunun satışa buraxılması təxirə salındı. Yalnız altı ildən sonra albom 2011-ci ilin sentyabr ayında satışa çıxarıldı.
2007-ci ilin avqustunda qrup üzvlərindən olan Epikin ayrılmasından sonra Hoces və Makmorran yeni üzvləri Caş Dunaho və Uill Hant ilə qrupu adını dəyişərək The Age of Information adlandırdılar.
Albomları
redaktəSolo
redaktə- Musical Demonstrations Part 1 (2000)
- The Rising EP (2009)
- The December Sessions, Vol. 1 (2011)
- Passengers: Weapons EP (2013)
- The December Sessions, Vol. 2 (2013)
- Passengers: Sirens EP (2014)
- The December Sessions, Vol. 3 (2015)
Evanescence
redaktə- Origin (2000)
- Fallen (2003)
Trading Yesterday
redaktə- The Beauty and the Tragedy (2004)
- More Than This (2006-cı ildə tamamlandı, 2011-ci ildə satışa çıxarıldı)
The Age of Information
redaktə- Everything is Broken (2007)
Avox
redaktə- The Fragile World (2010)
Arrows To Athens
redaktə- Kings & Thieves (2011)
Mükafatlar
redaktəBillboard 2003 - Evanescence - New Group Artist of the Year
Billboard 2003 - Evanescence - Soundtrack Single of the Year
Grammy 2004 - Evanescence - Best New Artist
Grammy 2004 - Evanescence - Best Hard Rock Performance
Grammy 2005 (nomination) - Evanescence - Best Pop Performance
BMI Pop Award 2005 - Evanescence - "Bring Me To Life"
BMI Pop Award 2006 - Evanescence - "My Immortal"
BMI Pop Award 2007 - Kelly Clarkson - "Because of You" - Song of the Year
BMI Country Award 2008 - Reba McEntire - "Because of You"
BMI Pop Award 2010 - David Archuleta - "Crush"
BMI Pop Award 2010 - Daughtry - "What About Now"
BMI Pop Award 2013 - Christina Perri - "A Thousand Years"
Golden Globe Award nomination - Carrie Underwood - "There's a Place For Us"
Xarici keçidlər
redaktə- Rəsmi vebsayt Arxivləşdirilib 2021-07-11 at the Wayback Machine (ing.)
- Devid Hoces — Internet Movie Database saytında