Devid Senborn - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Devid Vilyam Senbor (ing. David William Sanborn; 30 iyul 1945[1][2][…], Tampa, Florida, ABŞ – 12 may 2024[3]) Amerikalı caz, saksofon və piano ustası.
Devid Senborn | |
---|---|
David Sanborn | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 iyul 1945[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 may 2024[3] (78 yaşında) |
Vəfat səbəbi | prostat xərçəngi[4] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | cazmen, saksofonçu[d], bəstəkar, səsyazma sənətçisi[d], musiqiçi |
Fəaliyyət illəri | 1959–2024 |
Janrlar | caz, blyuz-rok[d], ritm-n-blyuz, pop musiqisi, blüz |
Musiqi alətləri | Saksofon,Piano |
Təhsili |
|
davidsanborn.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəDevid Senbornun tam adı Devid Uliyam Senborndur. O, 1945-ci il iyulun 30-da Floridada anadan olmuşdur. Əslində, Devid hələ 3 yaşında olanda musiqi ilə məşğul olmağa başlamışdı, çünki nəfəs alətində çalmaq onun terapiyasının bir hissəsi idi. O, nəfəs alətlərindən məhz alt-saksofonu seçdi, çünki o vaxta qədər radioda tez-tez maraqla dinlədiyi əsərlər məhz bu alətdə səslənirdi. Devidin 18 yaşı olanda o, musiqiçi olmağı qət etdi və bu vaxtdan etibarən ciddi musiqi ilə məşğul olmağa başladı. Əvvəlcə Şimal-Qərb Universitetində, sonra isə Ohayo Universitetində musiqi təhsili aldı.
İllər keçdi
redaktəIllər keçdi… Devidin barəsində yazmağa başladılar. Xüsusən Italiyaya gedib, orada kino üçün musiqi ifalarını yazdıranda bu işə xeyli qüvvə sərf etmişdi. Onun işlədiyi filmlərdən birini — baş rolda Bill Mürreyin çəkildiyi "Scrooged" filmini xüsusi qeyd etmək lazımdır. Sonradan misilsiz müğənni və aktrisa Barbara Streyzandın da iştirak etdiyi, baş rolda Ceff Bricesin çəkildiyi "Güzgünün iki üzü olur" adlı filmdə də Devid Senbornun musiqisi səsləndi. Bu musiqi 1955-ci ildə buraxılmış "Pearls" ("İncilər") adlı albomdan götürülmüşdür. Bundan əlavə, Devid Senborn Nyu-York radiosunda və şənbə günləri efirə çıxan "Gecə həyatı" verilişinin icraçı direktoru Lorn Mayklzın "Gecə musiqisi" adlı televiziya şousunda da çıxış edirdi.
Evliliyi
redaktəDevid Senborn evlənəndə onun 21 yaşı vardı. Nisbətən uzunömürlü olmuş və 8 il davam etmiş bu nikahdan Devidin Conatan adlı bir oğlu olmuşdur. Devid özünün bütün albomlarını oğluna həsr etmişdir. Təəssüf ki, böyük Stivi Uanderlə birgə işlədiyi dövrdə Devid birinci arvadından ayrıldı. Boşanandan sonra o, "Rollinq Stounz" qrupu ilə əməkdaşlıq etməyə başladı. Senborn ikinci dəfə evlənmək qərarına gələnə qədər xeyli vaxt keçdi. Onun ikinci arvadı Riki Loyd jurnalist idi və yalnız caz mövzusunda yazırdı. Bir neçə ildən sonra bu nikah da pozuldu.
Fəaliyyəti
redaktəDevid Senborn vaxtının çoxunu qastrol səfərlərində keçirir. Bir vaxtlar o, "Legends" ("Rəvayətlər") qrupu ilə birgə konsertlər verirdi. Bu qrupun üzvləri arasında Deviddən əlavə, Erik Klepton, Stiv Qad, Markus Miller və Co Səmpl kimi peşəkar musiqiçilər də vardı. Bundan əvvəl Devid Breker qardaşları və Devid Bovi kimi musiqiçilərlə əməkdaşlıq etmək şərəfinə nail olmuşdu. Devid hələ çox gənc ikən bir dəfə Litl Milton onun doğma şəhərinə gəlmişdi. Elə o vaxtdan Senborn musiqiçilərlə əməkdaşlıq etməyə başladı. Devidin Miltonla bir səhnədə çıxış etmək imkanı qazanması onun böyük uğuru ilə nəticələndi. Bu yaxınlarda Devid Uilyam Senbornun "Essentials" adlı yeni albomu işıq üzü görmüşdür. Senborn 1986-cı ildə Bob Ceyns ilə birgə buraxdığı "Double Vision" albomuna görə ikinci dəfə Qremmi mükafatına layiq görülmüşdü. Ilk dəfə buna oxşar hadisə 1981-ci ildə — "Voyeur" albomuna görə olmuşdu. Gənclik illərində musiqiçi olmağı qərara almış Devid sonradan — 1975-ci ildə "Taking off" adlı ilk solo albomunu buraxandan sonra yenidən seçim qarşısında qalmışdı: o, öz karyerasını ya solist kimi, ya da bir qrupun üzvü kimi davam etdirməli idi.
Devid o dövrü xatırlayaraq deyirdi ki, 17 və ya 18 yaşında olarkən nə ilə məşğul olacağını qət etməli olmuş və o vaxt başa düşmüşdü ki, heç bir başqa məşğuliyyət ona saksofonda çalmaq qədər sevinc bəxş etməyəcək; onun başqa seçimi yoxdur: o yalnız musiqiçi olmalıdır. Doğrudan da onun heç bir ayrı alternativi yox idi. Əks halda o, adi avtomobil oğrularına qoşula bilərdi.
Devidin dostları onun karyerasının uğurlu olmasında çox böyük rol oynamışlar. Devid hələ gənc musiqiçi olarkən onun barəsində Albert Kinqə məlumat verən də, musiqi təhsilini yenicə başa vurandan və oğlu doğulandan sonra onu Albert Kinqə yenidən xatırladan da dostları olmuşdu. Devidin dostlarından biri — "Pol Baterfild Bend" qrupunun üzvü onu dilə tutub həmin qrupla birlikdə işləməyə razı salmışdı.
Diskoqrafiya
redaktə- Taking Off (1975)
- David Sanborn (1976)
- Promise Me the Moon (1977)
- Heart to Heart (1978)
- Hideaway (1979)
- Voyeur (1980)
- As We Speak (1981)
- Backstreet (1983)
- Straight to the Heart (1984)
- Love and Happiness (1986)
- Double Vision, with Bob James (1986)
- A Change of Heart (1987)
- Close-Up (1988)
- Another Hand (1991)
- Upfront (1992)
- Hearsay (1994)
- Pearls (1995)
- Love Songs (1995)
- Songs from the Night Before (1996)
- Inside (1999)
- Time Again (2003)
- Closer (2005)
- Dreaming Girl (2008)
- Here and Gone (2008)
- Only Everything (2010)
- Then Again: The Anthology (2012)
- Quartette Humaine, with Bob James (2013)
- Time and the River (2015)
- Bye Bye Blackbird with Jimmy Chamberlin and Frank Catalano (2016)
İstinadlar
redaktə- ↑ 1 2 IMDb (ing.). 1990.
- ↑ 1 2 David Sanborn // SNAC (ing.). 2010.
- ↑ 1 2 David Sanborn, Grammy award-winning saxophonist, dead at 78. CNN.
- ↑ Muere David Sanborn, icónico saxofonista de David Bowie, Eric Clapton y más. Rock & Pop, 2024.