Deymon Albarn - Wikipedia
Deymon Albarn (ing. Damon Albarn; 23 mart 1968[1], Vaytçepel[d], Böyük London) — İngiltərə musiqiçisi, müğənni-mahnı yazarı, prodüser. Rok qrupu Blur-un frontmeni və virtual qrup Gorillaz-ın yaradıcılarından biri. "Ayvor Novello" mükafatı və "Britaniya imperiyası" ordeni laureatı.[4][5] Onun digər qruplarına The Good, the Bad & the Queen və Rocket Juice & the Moon daxildir.
Deymon Albarn | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 mart 1968[1] (56 yaş) |
Doğum yeri |
|
Uşağı | Missi Albarn (1999) |
Partnyoru |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, müğənni-mahnı yazarı, multi-instrumentalist[d], musiqi prodüseri |
Fəaliyyət illəri | 1988-ci ildən |
Janrlar | alternativ rok, indi-rok, Britpop[d], worldbeat[d], alternativ hip-hop, dünya musiqisi[d], hip-hop[d], art-rok[2] |
Musiqi alətləri | gitara[3], melodika[d], piano[3], skripka, elektron klaviatura[d], bas-gitara, zərb aləti maşını[d], sintezator, ukulele |
Səs tembri | bariton |
Albom şirkətləri | Parlophone, Food Records[d], Virgin Records, Honest Jon's[d], EMI[d] |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
damonalbarnmusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDeymon Albarn Londonun Vaytçepel bölgəsində doğulub.[6] Özündən yaşca kiçik 1971 təvəllüdlü Cessika adlı bacısı var.[7] O, artist ailəsində böyüyüb. Atası Kit Albarn (1939–2024) rəssam-dizayner və anası Heyzel isə teatrda səhnə qurucusu olub. Valideynləri hippi idi. Ana tərəfdən kökənləri Danimarkaya gedib çıxır.[8] Ata tərəfdən babası Edvard memar və sülh fəalı idi. O, yaşamaq istəməyərək 2002-ci ildə aclıq aksiyasından dünyasını dəyişib.[9][10] Atası Kit Albarn bir vaxtlar (keçmişdə) rok-caz qrupu olan Soft Machine-yə menecerlik edirdi.[7][11]
Deymon balaca olanda valideynlərilə Şərqi Londonda yerləşən Leytonstona köçüb. Orada yamaykalı və pakistanlı uşaqlarla böyüyüb. 9 yaşında ikən ailəsinin bir dostu ilə Türkiyəyə qalmağa gedib.[12] Bir ay falan müddətinə İstanbulda və İzmirdə yaşayıb. Oradan gələndə valideynləri ilə Esseksdəki Aldham kəndinə köçür. Valideynləri orada çörəkxana işlədirdi. Uşaq olanda parabüzən yeyirdi.
Onun valideynləri evdə blüz, hind raqası və Afrika musiqisi dinləyərdi. Deymonun atası 1981–1997-ci illərdə Kolçester İnstitutunda incəsənət, dizayn və media sahəsi üzrə dərslər verirdi.[11][13]
O, musiqiyə kiçik yaşlarıdan maraq salıb. 6 yaşında amerikan musiqi qrupu olan The Osmonds-un konsertinə baxmağa gedib.[14] 12 yaşlarında gitara, piano və skripka çalmağı bilirdi. Məktəb orkestrində iştirak edirdi. Musiqi bəstələməklə də məşğul idi. O, bəstələdiyi bir mahnıya görə "Gənc bəstəkarlar müsabiqəsi"ndə qalib gəlmişdi.
O, Stanway Comprehensive School-da dram və piano dərsləri alırdı. Qrehem Koksonla orada 13 yaşında dost oldu. Sonralar Londona qayıdaraq "15 Drama School"da aktyorluq dərslərinə davam etdi. Tamaşalarda da iştirak edirdi. Orada çox qalmadı. Blur-dan əvvəl pul qazanmaq üçün müxtəlif işlər görürdü. Londondakı Portobello hotelində barmenlik edib, kruassan dükanında işləyib və hətta Beat Factory studiyasında çayçı olub. Axşamlar bu studiyada öz mahnılarını yazırdı.
Şəxsi həyatı
redaktəDeymon "Elastica" qrupunun frontmeni Justine Frischmann ilə 1991–1998-ci illərdə romantik münasibət qurub.[15] Onlar "90-cı illərin cool cütlüyü" hesab olunurdular. Münasibətləri isə heç ciddi sayılmazdı. Deymon onunla ayrıldıqdan sonra başqa bir artist olan Suzi Winstanley ilə münasibətə başlayıb. Deymon 2 oktyabr 1999-cu ildə ata olub — onun qız övladı dünyaya gəlib. Övladına Missi adını qoyub. Uşağı amerikalı repçi Missy Elliott-un adını daşıyır.[16] Deymon 2023-cü ildə fotoqraf-rəssam Suzi Winstanley-dən ayrılaraq 25 illik münasibətinə son qoyub. İkisi evli deyildilər. Deymon deyir ki, "Suzi evliliyə inanmır, nəinki özüm də inanmıram". Suzinin 1990-cı illərin sonlarından bəri öz işləri üçün Afrikaya etdiyi səyahətlər Deymon Albarnın Afrika musiqisinə olan heyranlığını daha da artırmışdır. "Çelsi FK" azarkeşidir.
Deymonun sağ əlində heptagram və sol əlində isə pentagram döyməsi mövcuddur. Heptagramlar habelə onun Blur və Gorillaz konsertlərində diqqətləri cəlb edir.
Deymon Gorillaz-ın 2011-ci ildə çıxan "The Fall" albomunu şəxsi iPad-ində, GarageBand tətbiqi vasitəsilə 32 gün ərzində yazıb-tamamlamışdır. O, sözügdedən albomu yazanda hələ "Plastic Beach" turunun Şimali Amerika hissəsində idi. O, telefon və sosial mediya işlətməməkdədir. Rəsmi bir Twitter hesabına sahibdir, amma ki, bu hesabları özü işlətmir, ya Missi, ya da ki, komandası işlədir. Deymon qızı və digərləri ilə yalnız məktublaşma yolu əlaqlə saxlayır.[17] 1997-ci ildə taekvondo ilə məşğul olduğunu bildirib. Qızı Missi və bacısı uşağı ilə bərabər Şimali Koreyaya gedib. Blur-un "Pyongyang" mahnısı onun həmin ölkədə yaşayıb-gördüklərindən bəhs edir. Həm də ki, Şimali Koreyada çəkdiyi videoları Gorillaz-ın "Sleeping Powder" klipində istifadə edib. Deymon 2020-ci ildə İslandiya vətəndaşlığını alıb.[18] Belə ki, o, 90-cı illərdən bəri, 30 ilə yaxındır ki, tez-tez yaşamaq üçün Reykyavikə gedirdi. İkinci solo albomunu da məhz həmin ölkədə yazıb. O, belə bir açıqlama verib:
İslandiya ilə çox xüsusi bir tanışlığım var. Uşaq olanda onunla bağlı təkrarlanan yuxular görürdüm. Yuxuma tez-tez qara qumlar girirdi, onların üzərində, havada süzülürdüm. Uzun müddət, hardasa böyüyənə qədər bu yuxunu görməyə davam etdim. Bir dəfəsində hotel otağında qalırdım, konsert turu ərəfələri idi. Televizora baxmaq istəyirdim, götürüb National Geographic telekanalını açanda, qara qumlu çimərlikər haqqında olan proqram yayımlandığını gördüm - bu ölkə İslandiya idi.[19] |
Deymon, solçu biri kimi bilinir. Fələstin dəstəkçisidir. 2010-cu ildə edilən Qəzza bölgəsindəki hücuma görə İsraildə konsert verməkdən imtina etmişdir. Həmin il Gorillaz ilə Suriyada və Fələstində konsertlər verib.[20]
Deymon Albarn 2023-cü ildə baş tutan Blur konsertləri zamanı LGBT və trans bayraqlarını dalğalandırıb. Bundan əlavə, Gorillaz-ın "Tranz" mahnısı üçün hazırlanan vizualizer trans bayrağındakı rəngləri daşımaqdadır.
Deymonun 2010-cu ildə Ceymi ilə münasibətləri korlanıb. Ceymi istedadına kifayət qədər qiymət verilmədiyini düşünüb. İkisinin dostluğu 2015-ci ildə bərpa olub. Onlar yeni albom üzərində işləməyə başlayıblar — 2017-ci ildə "Humanz" ilə geri dönüblər.
Deymon Albarn 2000-ci illərdən bəri Maliyə səyahət edir. Deyir ki, Afrika onu xeyli dəyişdirib. O, "Africa Express" təşkilatının yaradıcılarından biridir. Onu Gorillaz konsertlərində "Humanz xoru" (The Humanz Choir) müşayiət edir.
Deymon Albarnın bacısı Cessika artistdir. Onun uşaqları Rudy Albarn və Etta Albarn Teulon Gorillaz-ın 2020-ci ildə çıxan "Song Machine" albomundakı bir neçə trekə öz töhfələrini veriblər.
Deymon Albarn, Alan Carr-la etdiyi "Life's a Beach" podkastında müxtəlif ölkələrdə olarkən "səhvən" yediyi yeməklərdən danışıb. Belə ki, o Cənubi Koreyada it, Nigeriyada meymun, Çində qurbağa və İslandiyada köpəkbalığı yeyib.[21] O, vegetarian biri kimi bilinir.[22]
İngilis müğənni Adel "25" (2015) albomu üzərində Deymon Albarn ilə birlikdə işləmək istəmişdi. Adel, Deymonun Blur-dakı mahnı yazarlığını bəyənirdi. Hətta o, Blur-un mahnılarını dinləyərək böyümüşdü — bu qrupun fanatı idi.[23] Lakin, ikisinin sessiyalar zamanı yazdığı demolar Adelin ürəyincə olmayıb. Deymona görə "onların bir araya gəlməsi olduqca dəxlisiz" olub. O, Adeli "özgüvənsiz" adlandırmış və bir daha onunla bərabər işləməcəyini bildirmişdir. Öz növbəsində Adel isə Deymona belə bir təklif etdiyinə görə peşman olub. İkisinin yazdığı mahnılar "25" albomu üçün uyğun gəlmirdi.
Deymon Albarn, 2022-ci ilin yanvar ayında "Los Angeles Times" qəzetinə verdiyi reportajda ABŞ müğənnisi Teylor Svift haqqında bunları deyib: "o, öz mahnılarını özü yazmır". O, sonra bu anlaşılmazlığa görə ondan üzr istəyib. Bundan başqa, Deymon Billi Ayliş və qardaşı Finneasın işini bəyəndiyini deyir. O, yanvar ayında Los-Ancelesdə olarkən Billi ilə məkanların birində əyləşib yemək yeyib. Aprel ayında Billinin Koaçella festivalında baş tutan konserti zamanı ona qoşulub. İkisi "Getting Older" və "Feel Good Inc." mahnılarını duet ediblər.[24] Eyni ilin senytabrında Deymon, nə vaxtsa, gələcəkdə Billi ilə Gorillaz mahnısı yazmaq istədiyini açıqlayıb.[25]
2023-cü ilin noyabrında Deymon Gorillaz layihəsi çərçivəsində ASAP Rocky və Westside Gunn ilə birlikdə studiyada sessiya keçirib. "Whiskey" adlanan bu mahnı Rocky-nin "Don't Be Dumb" albomunda yer alacaq.[26] 2024-cü ilin yanvarında Rocky, Parisdəki konserti zamanı bu mahnının canlı debütünü edib. Onu canlı orkestr müşayiət edib.[27]
Deymon 2023-cü ilin dekabrında Hindistana gedəcəyini və yeni Gorillaz albomu üçün ideyalar formalaşdıracağını bildirib.[28] O, 2024-cü ilin mayında Dehlidəki musiqi alətləri mağazasında görüntülənib.
Fəaliyyəti
redaktəBlur
redaktəDeymon, Goldsmiths College-də musiqi kursuna yazılmış və bas-gitaraçı Aleks Ceymslə məhz orada tanış olmuşdur.[29] Qrehem Kokson zərb ifaçısı olan Deyv Rauntrini Deymona təqdim edib.[30][31] İlk başda onların qrupu "Circus" adlanırdı. Bu adı Deymon seçmişdi. Ancaq 1988-ci ildə qrupun adını yenidən dəyişdirdilər — "Seymour" olaraq. 1990-cı ildə qrup Food Recorda-la müqavilə bağlayacaqdı, amma ki, razılığa gələ bilmirdilər. Səbəbi qrupun adı idi. Sonda onlar razılığa gələrək adlarını Blur etməli olurlar.[32]
Blur-un ilk sinqlı 1990-cı ilin oktyabrında yayımlanan "She's So High" olmuşdur. Hansı ki, UK Singles Chart-da 48-ci yerə yüksəlib.
Diskoqrafiya
redaktəSolo albomlar
Kollaborasiya albomları
- Mali Music (2002) (Afel Bocoum, Toumani Diabaté & Friends ilə)
- The Good, the Bad & the Queen (2007) (The Good, the Bad & the Queen ilə)
- Kinshasa One Two (2011) (DRC Music-in bir hissəsi kimi)
- Rocket Juice & the Moon (2012) (Flea və Tony Allen ilə. "Rocket Juice and the Moon"un bir üzvü kimi)
- Maison Des Jeunes (2013) (Africa Express-in üzvü kimi)
- In C Mali (2014) (Africa Express-in üzvü kimi)
- The Orchestra of Syrian Musicians and Guests (2016) (Africa Express ilə)
- Merrie Land (2018) (The Good, the Bad & the Queen ilə)
- Molo (EP) (2019) (Africa Express ilə)
- Egoli (2019) (Africa Express ilə)
Filmoqrafiya
redaktə- Bananaz (2008)
- Gorillaz: Layiqsiz kumirləri rədd edin (2019)
İstinadlar
redaktə- ↑ 1 2 Cunningham J. M. Damon Albarn // Encyclopædia Britannica (ing.).
- ↑ https://thequietus.com/articles/08355-damon-albarn-interview-doctor-dee-rocket-juice-moon.
- ↑ 1 2 Montreux Jazz Festival Database.
- ↑ "The Ivors 2016". The Ivors. 23 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 June 2016.
- ↑ "No. 61450". The London Gazette (Supplement). 30 December 2015. səh. N10.
- ↑ Sweeney, Eamon. "Damon Albarn interview: 'I think my life has been a bit too colourful to be quite ready for an autobiography'". Business Post (ingilis). 8 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.
- ↑ 1 2 Maconie, Stuart (1999). Blur: 3862 Days, The Official History. Virgin Books; ISBN 0-7535-0287-9
- ↑ "Damon Albarn discusses new citizenship and 'sense he wasn't just English'". Salisburyjournal.co.uk. 11 November 2021. 6 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2023.
- ↑ "Antonin Bartl 100 years Retrospective". Samscorergallery.co.uk. 28 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 May 2016.
- ↑ "BBC Inside Out – Lincolnshire Peace Community". BBC. 16 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2016.
- ↑ 1 2 Harris, John (2003) "Damon Albarn: From Cool Britannia to radical campaigner for peace", The Independent, 15 February 2003.
- ↑ O’Hagan, Sean. "Damon Albarn interview: 'Pop's gone back to showbiz. It's like the Beatles or Dylan never happened'". The Observer (ingilis). 2014-04-27. ISSN 0029-7712. İstifadə tarixi: 2024-11-27.
- ↑ "Colchester School of Art". Colchester Institute. 19 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2020.
At Colchester School of Art we are proud to have a history dating from 1885, the year the original Art School was founded.
- ↑ "sometime in 2001, Zombie Hip-Hop". The Sydney Morning Herald. 2001. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 October 2012.
- ↑ Strong, Martin C. (2003) The Great Indie Discography, Canongate; ISBN 1-84195-335-0, pp. 635–636
- ↑ "Damon Albarn". Esquire. January 2000.
- ↑ Chadwick, Jonathan. "Which celebrities don't own a smartphone?". Mail Online. 2023-05-21. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
- ↑ Moore, Sam. "Damon Albarn says he always had a sense he wasn't 'just English'". The Independent. 11 November 2021. 24 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2021.
- ↑ "From Iceland — The View From The Piano: Damon Albarn's Love Affair With Iceland". The Reykjavik Grapevine (ingilis). 2021-11-05. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
- ↑ "Pixies pull out of Israeli concert". CBC News. 6 June 2010. 27 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2023.
- ↑ "Damon Albarn believes he's eaten dog and monkey on tour". Yahoo News (ingilis). 2021-11-22. İstifadə tarixi: 2024-11-27.
- ↑ "International Vegetarian Union - Rock/pop music and vegetarianism". www.ivu.org. İstifadə tarixi: 2024-11-27.
- ↑ "The nightmare session between Damon Albarn and Adele". faroutmagazine.co.uk (ingilis). 2021-10-03. 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
- ↑ Miller, Shirley Halperin,Jeff. "Billie Eilish Brings Out Blur's Damon Albarn for Gorillaz Classic at Coachella". Variety (ingilis). 2022-04-17. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
- ↑ UK, Rolling Stone. "Damon Albarn says he'll collaborate with Billie Eilish in the future". Rolling Stone UK (ingilis). 2022-09-28. 2024-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
- ↑ https://hiphopdx.com, HipHopDX-. "A$AP Rocky & Westside Gunn Cook Up In The Studio With Gorillaz". HipHopDX (ingilis). 2023-11-17. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
- ↑ "A$AP Rocky Previews New Track in Paris With Live Orchestra". Hypebeast. 2024-01-29. 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
- ↑ Legaspi, Althea. "Damon Albarn Says Blur Are Going on Hiatus Again: 'It's Too Much for Me'". Rolling Stone (ingilis). 2023-12-06. 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-27.
- ↑ Archived at Ghostarchive and the Wayback Machine: "Nardwuar vs. Blur". 12 May 2007. İstifadə tarixi: 30 April 2014 – YouTube vasitəsilə.
- ↑ Harris, John. Britpop!: Cool Britannia and the Spectacular Demise of English Rock. Da Capo. 2004. ISBN 9780306813672.
- ↑ Thompson, pg. 209
- ↑ Harris 2004, pg. 49–50