Dhammakayya - Wikipedia
Dhammakayya - Wikipedia - Haqqında Məlumat
Dhammakayya — Cənub-Şərqi Asiyada, xüsusilə də Tailandda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri.
Bu hərəkat son bir neçə onillik ərzində sürətlə inkişaf etmişdir. Bu kult uçan naməlum obyekt (UNO) formasında olan və içərisində qızıl və titan təbəqə ilə örtülmüş 300 min Budda heykəlinin yerləşdiyi məbədi ilə məşhurdur. Burada 3000-ə yaxın rahib yaşayır, hər gün Dhammakayya hərəkatının on minlərlə üzvü üçün kütləvi ibadətlər təşkil olunur. Kult maliyyə fırıldağı, bidətçi təlimlər, yalançı möcüzələr və dini liderləri Phra Dhammaçayonun şəxsiyyətinə pərəstişə görə tənqidlərə məruz qalır.
Mənbə
redaktə- Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13. (az.)