Dissiz Balinalar - Wikipedia
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi.
Bığlı balinalar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: Klad: İnfradəstə: Parvdəstə: Bığlı balinalar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur:
- Qrenlandiya balinası
- Seyval
- Kiçik cənub zolaqlı balina
- boz balina
- qozbel balina
- göy balina
- finval
- seyval
- Kiçik zolaqlı balina
- Brayde zolaqlı balina.
Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür. Piyi, əti və bığı istifadə olunur. Dişsiz balinalar xüsusi gəmilərlə ovlanır. Dünyada dişsiz balinalar ovlanan yerlər Antarktika suları və Sakit okeanın şimal hissələridir. 1967-ci ildən Antarktikada göy balina beynəlxalq miqyasda mühafizə edilir. Mühafizə nəticəsində Berinq dənizində boz balinanın sayı bir qədər bərpa olunmuşdur.
Təsnifatı
redaktə- Kiçik balinalar (Neobalaenidae) fəsiləsi
- Boz balinalar (Eschrichtiidae) fəsiləsi
- Əsl balinalar (Balaenidae) fəsiləsi
- Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsi
- Janjucetidae fəsiləsi (nəsli kəsilib)
- Mammalodontidae fəsiləsi (nəsli kəsilib)
- Cetotheriidae fəsiləsi (nəsli kəsilib)
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2008.
- ↑ Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7