Diana Bogazi - Wikipedia
Diana boğazı (rus. Дианы пролив) — Sakit okeanına daxil olan Şumişir adasını Ketoy adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 20 km təşkil edir. Dərinliyi 500 m-ə çatır[1].
Diana boğazı | |
---|---|
rus. Дианы (Пролив) | |
Ümumi məlumatlar | |
Eni | minimum 20 km |
Uzunluğu | 15 km |
Ən böyük dərinliyi | 500 m |
Yerləşməsi | |
47°15′00″ şm. e. 152°20′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Şimuşir adasını Ketoy adasından |
|
Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severo-Zapadnıy, Sovetskıy, Storojevoy, Otvestnıy (Şimuşir) və Lejbişnıy, Monolitnıy, Onruqlıy (Ketoy) burunları vardır. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın şimal sahillərində çoxlu sualtı və suüstü daşlar vardır. Boğazın cənubunda Brout, şimalında isə Diana və Yujnıy buxtası vardır. Boğaza adı kapitan-leytenant Vasili Mixayloviç Qolovinin rus. Дианы gəmisinin şərəfinə adlandırılmışdır. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.
İstinad
redaktə- ↑ "Topoqrafik xəritə". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.