Didivar - Wikipedia
Didivar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Didivar | |
---|---|
39°18′18″ şm. e. 45°26′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 981 m |
Saat qurşağı | |
Toponimikası
redaktəKəndin adı XVIII əsrin əvvəllərində Didəbad variantında qeydə alınmışdır. Tədqiqatçıların bir qismi belə hesab edir ki, oykonim qədim İran dillərindəki didi (qala) və var (möhkəmləndirilmiş kənd, şəhər, yurd, məskən) sözlərindən ibarət olub, "qala kənd" mənasındadır. Bəzi tədqiqatçılar isə oykonimi fars dilindəki didi (görüş, görüşmə) və var (yer, yurd, məskən) komponentlərinin birləşməsi kimi "iki çayın görüşdüyü yerdə kənd" mənasında izah edirlər.[3]
Tarixi
redaktəTarixi abidələri
redaktəDidivar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1844 | Didivar yaşayış yeri[4] | e.ə. II–I minilliklər | Didivar kəndi | Arxeoloji | Ölkə |
1845 | Didivar nekropolu[5] | e.ə. III–II minilliklər | Didivar kəndi | Arxeoloji | Ölkə |
Coğrafiyası və iqlimi
redaktəKənd Naxçıvançay ilə Cəhriçayın qovuşduğu yerdə yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 1235 | 640 | 595 |
2009[7] | ↗1429 | ↗692 | ↗737 |
Əhalinin əsas hissəsini azərbaycanlılar, qalan hissəsini kürdlər və çox cuzi hissəsini isə yəhudilər təşkil edir.
İqtisadiyyatı
redaktəMədəniyyəti
redaktəKənddə bir kitabxana və bir mədəniyyət evi fəaliyyət göstərir.
Təhsil
redaktəKənddə Didivar kənd tam orta məktəbi fəaliyyət göstərir.[8]
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə xəstəxana mövcuddur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ Didivar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 38.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.