Dillerin Yasamasi Derecesi - Wikipedia
Dillerin Yasamasi Derecesi - Wikipedia - Haqqında Məlumat
Dillərin yaşaması dərəcəsi (ing. Degree of endangerment[1]) — YUNESKO tərəfində 9 meyara görə "Yox olma təhlükəsi olan dünya dilləri atlası" (ing. Atlas of the World’s Languages in Danger)na daxil olan dillərə verilən qiymət, onların içində ən vacibi nəsillər arasında dillərin ötürülməsidir[2].
Yox olma dərəcəsi
redaktəStatus | İzah | Dil nümunələri[mənbə göstərin] |
---|---|---|
Təhlükəsiz | Dil bütün nəsillər tərəfindən istifadə edilir, onun nəsillərə ötürülməsi pozulmayıb | ingilis dili, türk dili, alman dili, azərbaycan dili, rus dili |
Təhlükəyə davamsız | Dildə uşaqların əksəriyyəti danışır, ancaq onun istifadəsi məhdudur (məsələn, bu dildə ancaq evdə danışırlar) | adıgey dili, başqırd dili, belorus dili, qaraçay-çərkəz dili, larqal dili, abxaz dili, aymara dili, akvava dili, anal dili, açı dili, siciliya dili, çuvaş dili |
Yox olma dərəcəsi var | Uşaqlar tərəfindən doğma dil kimi öyrənilmir | mokşan dili, abazin dili, erzyan dili, korsika dili, lombard dili, txavınq dili, baoan dili, emiliano-romanol dili |
Yox ola biləcək qədər ciddi təhlükə | Yaşlı nəsil tərəfindən istifadə edilir, valideynlər başa düşür, böyülər öz aralarında və uşaqlarnan istifadə etmirlər | koryak dili, kili dili, ijor dili, nanay dili, nqanasan dili, çukot dili, arnaut dili, langedok dili, limuzen dili, çanqo dili |
Yox olma sərhəddində | Dil daşıyıcıları ancaq qocalardır. Dil onlar tərəfindən nadir hallarda istifadə edilir | orok dili, vod dili, tofalar dili, bakpinka dili, daxlik dili, həmçinin üç dirçələn dil: korn dili, liv dili, men dili |
Ölü dillər | Yaşayan dil daşıyıcıları yoxdur (YUNESKO atlasına 1950-ci ildən sonra yox olan dillər salınıb | saam babin dili, arman dili, kerek dili, аtа dili, obispenyo dili |
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ «Атлас языков мира, находящихся под угрозой исчезновения» Arxivləşdirilib 2020-12-29 at the Wayback Machine // Организация Объединённых Наций по вопросам образования, науки и культуры
- ↑ "Мозли, Кристофер, изд. 2010, Атлас языков мира под угрозой исчезновения, Париж, Издательство Юнеско". 2015-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-10.