Dilruba Camalova - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000).
Dilrubə Camalova | |
---|---|
Dilrubə Cəbrayıl qızı Camalova | |
23 avqust 1993 – 31 may 2000 | |
Əvvəlki | Hüseynqulu Məmmədov |
Sonrakı | Yaşar Rzayev |
1981 – 1988 | |
Əvvəlki | İsa Məmmədov (dövlət xadimi) |
Sonrakı | Aqil Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 13 mart 2009 (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı.[1]
Həyatı
redaktəDilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir.
1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır.
1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.
1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.
2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.
İstinadlar
redaktə- ↑ "Bacısı oğlu 8 ay həbsdə, özü isə 8 il vəzifədə qaldı: Dünən yola salınan icra başçısı". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.