Din Ve Meiset Jurnal - Wikipedia
"Din və məişət" (tatar. دنیا و معیشت — Дин вә мәгыйшәт; daha əvvəl tatar. دنیا و معیشت — Дөнья вә мәгыйшәт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində nəşr olunmuş məcmuə (jurnal). Tatar burjuaziyasının, mürtəce və monarxist ruhanilərin fanatik qütbünün orqanı.
Din və məişət | |
---|---|
Дин вә мәгыйшәт دین و معیشت | |
| |
Baş redaktor |
Vəli Hüseynov Zahidulla Xayrulin |
Təsisçi | Vəli Hüseynov |
Təsis tarixi | 31 dekabr 1906 (13 yanvar 1907) |
Nəşrini dayandırıb | 9 fevral 1918 |
Qərargah | |
Dil | Tatar dili |
Tarixi
redaktəBirinci nömrəsi 1906-cı il dekabrın 31-də "Dünya və məişət" adı altında çıxmış, sonrakı nömrələr "Din və məişət" adlandırılmışdır. 1910–1911-ci illərdə yenə "Dünya və məişət" adı ilə çıxmışdır.[1]
Haqqında
redaktəNaşiri Molla Vəli Hüseynov (Məhəmmədvəli Hüseynov), redaktoru müəzzin Zahidulla Xayrulin olmuşdur. Dini klerikalizm mövqeyində duran jurnal yeni və mütərəqqi ideyaların əieyhinə ardıcıl mübarizə aparırdı. Jurnal mütərəqqi tatar ziyalılarının aramsız tənqidinə hədəf olmuşdu. Din və məişətin məzmunsuzluğu "Molla Nəsrəddin" jurnalının ardıcıl tənqid hədəflərindən idi. C. Məmmədquluzadə "Qənimət" felyetonunda yazırdı: "…Orenburq tatarlarının içində qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın, "Din və məişət" jurnalının birinci nömrəsində "Səddiqül Əmini" imzası ilə bir şair yazır:
Pəh, pəh, pəh! Hələ bu cür şairləri görə-görə "Hophop" da, "Əbu Nəsr Şeybani" də və "Məşədi Sijimqulu" da deyirlər ki, biz də şairik".
Belə şeirləri gülünc və onların məfkurəvi istiqamətini zərərli hesab edən Cəlil Məmmədquluzadə yazırdı: "Mən qorxuram, bəzi qəlbi qara cavanlarımız inanmayalar ki, iyirminci əsrimizin içində "Din və məişət" kimi falnamələrə "Səddinqül Əmini" kimi axmaqlar… uşaq oyuncağı mədhnamələr yazalar". "Əbyat" adlı başqa bir yazıda Cəlil Məmmədquluzadə "Din və məişət"-dən imam Səid bən Şərafəddin adlı birisinin qatmaqarışıq ibarələrdən tərtib olunmuş məzmunsuz şeirini misal gətirərək yazırdı: "Başını piyləyim!.. Ay belə şair".[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Дин вә мәгыйшәт / دین و معیشت". Центр письменного и музыкального наследия Института языка, литературы и искусства им. Г. Ибрагимова Академии наук Республики Татарстан. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
- ↑ ""Din və məişət"". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-12.
- ↑ "Molla Nəsrəddin" jurnalı, 1910, № 13
Mənbə
redaktə- Татарская энциклопедия. В 6 т. / Гл. ред. М. Х. Хасанов, ответ. ред. Г. С. Сабирзянов. – Казань: Институт Татарской энциклопедии АН РТ, 2005. – Т.2: Г-Й. – 656 с.
- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 85.