Dinosaur Game - Wikipedia
Dinosaur Game[1] (həmçinin Chrome Dino[2] kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır.
Dinosaur Game | |
---|---|
| |
Hazırlayan | |
Yayımlayan | |
Buraxılış tarixi | 2014 |
Janrlar | sonsuz qaçış oyunu |
Dizaynerlər |
Sebastiyan Qabriyel Alan Bettes Edvard Cunq |
Texniki məlumat | |
Platforma | brauzer |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili |
İdarəetmə | kompüter klaviaturası, sensor ekran |
Vikianbarda əlaqəli mediafayllar |
Geympley
redaktəİstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur.[3] Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino
və ya chrome://network-error/-106
keçidlərini daxil edərək oyuna girmək olar.[4]
Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır.[5] space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır.
Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.[a] Oyunun teması daha sonra oyun irəlilədikcə dəyişir.[6][7] Oyun Təbaşir-Paleogen dövrünün məhv olması[ing.] hadisəsi zamanı tirannozavrın nəslinin kəsilməsindən əvvəl nə qədər vaxt mövcud olduğuna istinad edərək, təxminən 17 milyon illik oynanma vaxtından sonra maksimum xala çatılacaq şəkildə tərtib edilmişdir.[8]
Əgər şəbəkə administratoru oyunu deaktiv edərsə, oyunu oynamağa cəhd edərkən oyunçu dinozavra doğru gələn meteor toplarını görəcək.[9]
İnkişaf etdirmə
redaktəOyun 2014-cü ildə Sebastiyan Qabriyel, Alan Bettes və Edvard Cunqdan ibarət "Chrome UX" komandasının üzvləri tərəfindən yaradıldı.[10] Qabriyel "Lonely T-Rex" (azərb. Tənha T-rex) adlı oyunçu personajını dizayn etdi.[3] Təkmilləşdirmə zamanı oyuna "T. Rex" qrupunun solisti Mark Bolana istinad edilərək "Project Bolan" kod adı verildi. Tərtibatçılar dinozavrı oyunun funksiyasına ona görə seçiblər ki, bu zarafat internet bağlantısının olmaması "tarixdən əvvəlki dövrlərdə" yaşamağa bərabərdir deməkdir. Oyun 2014-cü ilin sentyabrında buraxıldı, əvvəlcə köhnə cihazlarda işləmədi, buna görə də kod eyni ilin dekabrında yeniləndi və yenidən buraxıldı.[11] Pterozavrlar 2015-ci ildə brauzer yeniləməsi ilə maneə kimi əlavə edildi.[12]
2018-ci ilin sentyabrında "Chrome"un 10-cu və oyunun 4-cü ad gününü qeyd etmək münasibətilə oyuna bir pasxa yumurtası əlavə edildi, səhrada bir doğum günü tortu peyda oldu və əgər tortun "yeyildiyi" halda "Lonely T-Rex"də doğum günü papağı göründü.[13] Həmin ilin noyabr ayında "Google" oyunçunun yüksək xalını qeydə almaq üçün bir funksiya əlavə etdi.[14] Oyunun mənbə kodu "Chromium" saytında mövcuddur.[15]
2021-ci ildə "Google" mart ayında "iOS 14" üçün oyunçuları chrome://dino
bağlantısına yönləndirən vidgeti təqdim etdi;[16] oxşar bir vidgeti həmin ilin sonunda Android üçün də təqdim etdi.[17] İyul ayında 2020 Yay Olimpiya Oyunları üçün müxtəlif olimpiya fəaliyyətlərini simulyasiya edən olimpiya məşəli pasxa yumurtası əlavə olundu.[18] Məşələ çatdığında dino üzgüçülük, qaçış və bir çox fərqli Olimpiya oyunları ilə qarşılaşır. Adi kaktuslar və pterozavr maneələri yerinə artıq Olimpiyada ilə əlaqəli çətinliklərlə qarşılaşır.[19]
2024-cü ildə "Google I/O" tədbirində generativ süni intellektə sahib versiyası təqdim olundu. Oyunlarda generativ süni intellektin istifadəsinə nümunə olaraq, oyunçulara oyun üçün əvvəlcədən hazırlanmış əşyalar hədiyyə edilmişdir.[20]
Qəbulu
redaktəOyun yaradıcıların 2018-ci ilin sentyabrında ayda təxminən 270 milyon oynandığını bildirməsi ilə geniş miqyasda tanındı.[8]
Populyar mədəniyyətdə
redaktə2021-ci ilin iyulunda "Awesome Foundation"[ing.] xeyriyyə təşkilatının köməyi ilə gənclər tərəfindən Ermənistanın Loru rayonunun Güləkərək kəndində oyun personajı dinozavra aid heykəl yaradılmışdır.[21]
Oyuna "Simpsonlar"ın 34-cü mövsümünün premyerası "Habeas Tortoise"ın "couch gag" açılış kadrında göndərmə edilir.[22][23][24]
Əlaqəli media
redaktə2020-ci ilin mayında "Microsoft Edge" yenilənməsi oyunçuların əngəllərdən qaçmağa və gücləndiricilər toplamağa çalışan bir sörfçünü idarə etdiyi "Surf" oyununu əlavə etdi. "Dinosaur Game" kimi, brauzer oflayn ikən bir xəta səhifəsindən oyuna daxil olmaq mümkündür. Oyun personajı fərdiləşdirməyə və müxtəlif idarəetmə sxemlərinin istifadəsinə imkan verir.[25]
2020-ci ilin avqustunda "MSCHF" və "100 Thieves" şirkətləri "Dino Swords" adlı oyunun kiçik bir silah arsenalından və zamanı yavaşladan həbblərdən ibarət modifikasiya edilmiş bir versiyasını yaratmaq üçün ortaqlıq qurdular, yanlış idarə olunduqda silahlar əks nəticə verə və dinozavra zərər verə bilər.[26]
Qeydlər
redaktə- ↑ Oyunu gecə rejimində oynayanlar üçün oyun gecə qrafikasında başlacaq.
İstinadlar
redaktə- ↑ "Dinosaur Game". Dinosaur Game (ingilis). 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
- ↑ Li, Abner. "Chrome 90 for iPhone rolling out with search, Dino widgets". 9to5Google. May 10, 2021. May 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2021.
- ↑ 1 2 Tumblison, Craig. "Interview with Sebastien Gabriel, a Google Chrome Visual Designer". OMG! Chrome!. March 7, 2014. March 26, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2020.
- ↑ Biersdorfer, J. D. "When Dinosaurs Roam in Chrome". The New York Times. November 14, 2017. November 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2018.
- ↑ Roshan, Azar. "Google Easter Eggs: 15+ Best Google Easter Eggs & Google Tricks 2017". Feeds You Need. August 5, 2017. August 5, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 11, 2020.
- ↑ Sneddon, Joey-Elijah. "This is Chrome's Newest Easter Egg. And It's Awesome". OMG! Chrome!. September 25, 2014. January 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2021.
- ↑ Matos, Clinton. "Google Chrome's offline "Dinosaur Game" now has a day-night cycle". HTXT. May 20, 2016. May 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2016.
- ↑ 1 2 "As the Chrome dino runs, we caught up with the Googlers who built it". The Keyword. September 6, 2018. September 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2021.
- ↑ "How to disable Dinosaur game in Google Chrome when device is offline". The Windows Club. March 31, 2021. March 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2021.
- ↑ "Dinosaur Game". Poki. August 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 18, 2021.
- ↑ Hughes, Matthew. "4 years later, Google finally explains the origins of its Chrome dinosaur game". TheNextWeb. September 7, 2018. April 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2021.
- ↑ Sneddon, Joey-Elijah. "Chrome's Hidden Dinosaur Game Just Got Even Better". OMG! Chrome!. June 18, 2015. September 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 18, 2021.
- ↑ Torres, JC. "Chrome T-Rex offline game parties with birthday hat, cake". SlashGear. September 4, 2018. September 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2018.
- ↑ Kerns, Taylor. "Show off your Chrome dino-game skills with the arrival of cross-device high score sync". Android Police. November 30, 2018. December 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2021.
- ↑ Agarwal, Amit. "Play the Dinosaur Game Hidden inside your Google Chrome". Digital Inspiration. October 26, 2015. January 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2021.
- ↑ Abrams, Lawrence. "Google is adding its Dinosaur Game as an iPhone widget". Bleeping Computer. April 17, 2021. April 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2021.
- ↑ Bradshaw, Kyle. "Android is getting a homescreen widget for Chrome's famous 'Dino Run' game". 9to5Google. July 19, 2021. July 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2022.
- ↑ Bradshaw, Kyle. "Chrome's Dino Run game gains in-depth Tokyo Olympics easter egg". 9to5Google. July 21, 2021. July 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2021.
- ↑ Finn, John. "How To Find & Play Chrome's 'Dino Run' Olympics Easter Egg Game". Screen Rant. July 22, 2021. October 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2023.
- ↑ "Create a Custom Chrome Dino Game With GenDino". howtogeek. May 26, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 21, 2024.
- ↑ "The famous Chrome Dinosaur "No Internet" in Gyulagarak, Armenia". 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
- ↑ Wang, Jules. "The Simpsons run Chrome's offline desert gauntlet in latest couch gag". Android Police (ingilis). 2022-09-26. 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ Li, Abner. "'The Simpsons' 'couch gag' pays tribute to Chrome Dino game". 9to5Google (ingilis). 2022-09-26. 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ Reichert, Corinne. "The Simpsons Season 34 Opening Couch Gag Pays Homage to Chrome's T-Rex Game". CNET. September 26, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2022.
- ↑ Warren, Tom. "Microsoft is adding a secret SkiFree-like surfing game into its Edge browser". The Verge (ingilis). 26 February 2020. April 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2022.
- ↑ Alexander, Julia. "Google's Dinosaur browser game gets a dope mod that includes double swords". The Verge. August 24, 2020. August 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2021.