Dinq Liren - Wikipedia
Dinq Liren (çin 丁立人, pinyin Dīng Lìrén; 24 oktyabr 1992[2], Vençjou[d], Çin[3]) — Çin şahmatçısı, qrosmeyster (2009), Şahmat üzrə 17-ci Dünya Çempionu (2023-2024). Dörd yaşından şahmat oynayır.[5] O, tarixdə ən yüksək reytinqli Çin şahmatçısı və eyni zamanda üçqat Çin çempionudur. Şahmat üzrə dünya çempionu olan ilk çinli.
Dinq Liren | |
---|---|
çin 丁立人, pinyin Dīng Lìrén | |
Ölkə | |
Doğum tarixi | 24 oktyabr 1992[2] (32 yaş) |
Doğum yeri | |
Təhsili | |
Titulu | qrosmeyster (2009) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.816 (noyabr 2018) |
FİDE nömrəsi | 8603677 |
Vikianbarda əlaqəli mediafayllar |
Şahmat karyerası
redaktə6 iyun 2009-cu ildə, 16 yaşı olarkən o, kişilər arasında ən gənc Çin çempionu adını qazandı. 2011-ci ilin aprelində Dinq Liren yenidən ölkə çempionu adını qazanır və bir il sonra bu qələbəni təkrarlayır.[6]
2011-ci il Dünya Kubokunun ilk raundunda Uesli Soya məğlub olaraq mübarizəni dayandırıb.[7]
2015-ci il Tata Steel Şahmat turnirində Dinq Liren Maqnus Karlsenlə heç-heçə edərək yalnız yarım xal fərqi ilə Karlsendən sonra yarışın ikincisi olur.
İstinadlar
redaktə- ↑ 1 2 FIDE Ratings and Statistics (ing.).
- ↑ 1 2 chessgames.com. 2001.
- ↑ 1 2 Chess24.com. 2014.
- ↑ FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.
- ↑ "Дин Лижень - восходящая звезда Китая". 2014-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
- ↑ "Дин Лижэнь". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
- ↑ Crowther, Mark. "The Week in Chess: FIDE World Cup Khanty-Mansiysk 2011". London Chess Center. 2011-09-21. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Avqust 2016.
Xarici keçidlər
redaktə- FIDE Chess profili
- Liren Ding. Chess-DB.com Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine (ing.)
- Liren Ding . Chessgames.com (ing.)
- Liren Ding. 365Chess.com (ing.)