Diplomatik Inqilab - Wikipedia
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi.
Düşmənliklər
redaktəİngiltərə- Fransa
redaktəİngiltərə — Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi.
Avstriya-Prussiya
redaktəAvstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı.
Köhnə ittifaqlar
redaktəİngiltərə — Avstriya
redaktəİngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi. Buna gördə də Avstriya, Fransanın diqqətini başqa yönə çəkməkdə olan İngiltərə ilə ittifaqa girdi.
Fransa — Prussiya
redaktəFransa, xüsusilə Şimali İtaliyada Avstriya ilə rəqabət aparırdı. Prussiyanın Avstriya üçün böyük bir təhdid olması Fransanın diqqətini cəlb etdi və Prussiya ilə yaxınlaşdı. Prussiyanın isə Avstriya tərəfindən boğulmamaq üçün güclü bir müttəfiqə ehtiyacı vardı və Avropanın ən güclü quru qoşunlarına sahib olan Fransa ilə iş birliyini qəbul etdi.
Siyasətlərdə dəyişiklik
redaktəAvstriya taxtı uğrunda müharibədə Prussiyanın gözlənilməyən yüksəlişi hadisələrin gedişatını dəyişdirdi. 1756-cı ildə köhnə ittifaqlar parçalandı və yeniləri meydana gəldi.
İngiltərə — Prussiya
redaktəAvstriyanın ləng ordusu qarşısında Prussiyanın uğur qazanması İngiltərəni Prussiyaya yaxınlaşdırdı. Prussiyanın ərazilərini Almaniyanın içərilərinə doğru genişləndirməsi, onu Fransanın qarşısındakı yeni əngələ çevirirdi. Prussiyanın Avropa qitəsində yayılması, onu Fransadan uzaqlaşdırırdı. Buna görə də Prussiya, İngiltərə ilə yeni bir ittifaq qurmağa həvəsli idi.
Fransa — Avstriya
redaktəQuruda Prussiya ilə başa çıxa bilməyən Avstriya, dəniz döyüşlərində güclü olan İngiltərə yerinə quruda daha güclü olan Fransa ilə birləşməyin daha xeyirli olacağının fərqinə vardı. Fransa isə hərbi gücünü Avstriya sərhədində saxlamaq yükündən qurtulmaq üçün Avstriya ilə dostluq qurmağı qəbul etdi.
Yeni sistem
redaktə1756-cı ildə "Yeddi illik müharibə" başlayanda Avropada artıq yeni ittifaqlar bəlli idi.
Yeni sistem tam yarım əsr, Böyük Fransa inqilabına qədər Avropa siyasətinə istiqamət verdi.