Direk Reqsi - Wikipedia
Dirək rəqsi və ya pole rəqsi fikirlərdə striptiz klublarını xatırlatsa da, pole rəqsi əslində rəqs və akrobatikanı birləşdirərək şaquli dirək ətrafında həyata keçirilən bir performans sənətidir. Şaquli dirəyin mərkəzində rəqs və akrobatika hərəkətlərini özündə birləşdirir. Bu performans sənəti forması yalnız striptiz klubunda erotik rəqs kimi deyil, həm də idman zallarında və xüsusi rəqs studiyalarında tətbiq olunan əsas fitness forması kimi istifadə edilir[1][2][3].
2000-ci illərin ortalarından etibarən dünyada alternativ fitnes sahəsi kimi məşhurlaşmağa başlamış və bu sahə ixtisaslaşmış studiyalarda və ya ümumi fitnes mərkəzlərində tədris edilmişdir. Dünyanın bir çox yerlərində dirək rəqsinə həsr olunmuş çoxlu həvəskar və peşəkar yarışlar keçirilir[4]. Eyni zamanda da dirək rəqsi üzrə mütəxəssislər və bu rəqs növünün müdafiəçiləri bu rəqs növü ilə bağlı tamaşaçıların qavrayışında olan mənfi çalarları aradan qaldırmaq üçün dirək rəqsinin akrobatik tərəfini vurğulamağa başlamışdırlar və beləliklə də dirək rəqsinə Çin dirəyi (Chinese Pole) adlanan sirk şou sənətinin böyük təsiri olmuşdur[5].
Dirək rəqsi çox ciddi bir formada güc, çeviklik və tarazlıq tələb edir. O, dırmaşmalar, dönmələr, inversiya (tərsinə dayanmaq) kimi müxtəlif atletik hərəkətlərə əsaslanır[6]. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bədənin yuxarı və mərkəzi hissələrinin əzələlərinin gücləndirilməsi və eyni zamanda da ciddi və nizam-intizamlı bir məşq prosedurunu icra etmək lazımdır[7].
Dirək növləri
redaktəStandart rəqs dirəkləri qalınlığı 40, 45 və ya 50 mm olmaqla xrom və ya pirinç materialdan hazırlanır. İstisna bir hal olaraq Avstraliyada standart olaraq 38 mm-ə üstünlük verilir. Rəqs dirəkləri statik ola biləcəyi kimi öz oxu ətrafında fırlanan dirəklər formasında da ola bilər. Xüsusilə də klublarda və ya şoularda fırlanan dirəklərə yaratdıqları vizual effektlərinə görə üstünlük verilir[8].
Evlərdə istifadə olunan dirəklər isə tavana və döşəməyə bərkidilə bilər və yaxud da sıxılma prinsipi ilə montaj edilə bilər[9].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Karen Given. "Pole Dancing Is Empowering Performance Art". wbur.org. 2 April 2010. 5 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2022.
- ↑ "Chinese dreamer swaps army for pole-dancing". BBC News. 31 January 2012. 4 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2022.
- ↑ MiamiNewTimesLLC. "Remy Redd Amazing King Of Diamonds Stripper Pole Dance". 9 August 2012. 1 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2022 – YouTube vasitəsilə.
- ↑ Pole dance requirements Arxivləşdirilib 2022-09-29 at the Wayback Machine Wendiegoneferal.com
- ↑ Holland, Samantha. Pole Dancing, Empowerment, and Embodiment. Palgrave Macmillan. 2010.
- ↑ "Children's pole dancing classes defended as 'not sexual'". BBC News (ingilis). 2016-02-28. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.
- ↑ dancing: It's not just for strippers anymore Arxivləşdirilib 2022-09-29 at the Wayback Machine ABC News
- ↑ Cambridge University society offers pole dancing tuition Arxivləşdirilib 2014-03-03 at the Wayback Machine Google.com