Diyarbakir Ili - Wikipedia
Diyarbəkir - Türkiyənin bir ili və ən sıx on ikinci şəhəridir. Türkiyə Statistika Qurumunun göstəricilərinə görə 2014 tarixindəki əhalinin sayı 1.635.048 nəfərdir.
Diyarbəkir ili | |
---|---|
Diyarbakır ili | |
38° şm. e. 40° ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 412 |
Poçt indeksi | 21000–21999 |
Nəqliyyat kodu | 21 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəDiyarbəkir şəhəri müxtəlif dövrlərdə fərqli adlarla anılmışdır. E.ə. 200 tarixində Assuriya hökmdarı Adadnirariyə aid qılınc qınında şəhərin adı "Amid" və ya "Amidi" olaraq qeyd edilmişdir. Roma və Bizans qaynaqlarında şəhərin adı "Amid, O'mid, Emit, Amide" olaraq qeyd edilmişdir. XI əsrdə bura gələn türkmənlər şəhərin inşasında istifadə olunan qara rəngli daşlara görə şəhəri "Qara Amid" adlandırmışdır. Daha sonra bura gələn ərəb mənşəli Bəkr qəbiləsi səbəbilə uzun müddət Diyar-ü Bəkr (ديار بكر) olaraq anılmışdır. 1867-ci ildə keçirilən inzibati islahat nəticəsində Diyarbəkir adıyla vilayətə çevrildi. 1926-cı ildə Mustafa Kamal Paşaya fəxri vətəndaşlıq verilmişdir.
Tarixi
redaktəMesopotamiya və Anadolu mədəniyyətlərinin vəhdətində yerləşən Diyarbəkirin tarixi çox qədim dönəmlərə gedib çıxır. İlk insanların burda məskən salmağı Paleolit və Mezolit dövrünə təsadüf edir. Şəhərin mərkəzi hissəsində e.ə. 3000 tarixində xet və hurri-mitanni hakimiyyəti mövcud olmuşdur. E.ə. 1260 tarixinə qədər davam edən hurri-mitanni hakimiyyətindən sonra Diyarbəkir ardıcıl olaraq Assuriya, Arami, Urartu, Skif, Midiya, Əhəməni, Makedoniya, Selevki, Parfiya, Erməni, Roma, Sasani, Bizans, Əməvi, Abbasi, Həmdani, Səlcuqlu, Artuqlu, Əyyubi, Monqol, Ağqoyunlu, Səfəvi və Osmanlı idarəçiliyində qaldı.
Assuriya dönəmində şəhər mərkəzi olan Diyarbəkir uğrunda eramızın ilk əsrlərindən başlayaraq mübarizə güclənmişdir. Romalıların hakimiyyətinə keçən şəhər Roma imperiyasının dağılmasından sonra Bizans idarəsinə keçmişdir. Xəlifə Ömər dönəmində İslam ordusu Diyarbəkir və ətrafını fəth etdi. Xalid ibn Vəlid Diyarbəkirə daxil olan ilk İslam komandanıdır. Beləliklə, bir əyalət olaraq İslam dövlətinə tabe edildi.
Daha sonrakı illərdə Həmdanilər hakim olsalar da, 990-1096 tarixlərində bölgəni Mərvanilər idarə edirdi. Alp Arslan 1071 Malazgird döyüşündən bir il öncə Diyarbəkirə gəldi və Mərvaniləri özünə tabe etdi. Səlcuqlu Məlikşahın vəfatından sonra Diyarbəkirdə hakimiyyəti Suriya səlcuqlularının əlinə keçdi.
1259-cu ildə şəhər Hülakilərin əlinə keçsə də, qısa müddət sonra Artuq bəyliyinə verildi. 1401-ci ildə Ağqoyunlu dövlətinin paytaxtı oldu və təqribən 100 il sonra Səfəvilər tərəfindən ələ keçirildi. Artuq və Səfəvi hakimiyyətində bölgəyə güclü türkmən axınları olmuşdur.
1507-1515 tarixlərində Anadou bəylikləri, Məmlük və Səfəvilər arasında mübarizə meydanına çevrildi. 15 sentyabr 1515 tarixində Yavuz Sultan Səlim tərəfindən Diyarbəkir və bütün Cənub-şərqi Anadolu bölgəsi ələ keçirildi.
Diyarbəkir Osmanlılar dönəmində önəmli əyalətlərdən biri olmuş, şərq səfərlərinə hazırlaşan ordunun qışlaq bölgəsi olmuşdur. Osmanlı imperiyasının son dönəmlərində, xüsusilə də I Dünya Müharibəsi illərində xəstəlik, yanğın və epidemiya səbəbilə ağır itkilər verən Diyarbəkir, Cümhuriyyət dönəmində yenidən inşa olundu. 1950-ci illərdən sonra şəhər yenidən bərpa olunmuş, yollar, xəstəxanalar, məktəblər və müasir binalar inşa edilmişdir. 2 sentyabr 1993 tarixində verilən 504 saylı qanunla şəhər statusu aldı.
Təbiəti
redaktəDiyarbəkir Cənub-şərqi Anadolu bölgəsinin mərkəzində, Mesopotamiyanın şimalında yerləşir. Şərqdə Batman və Muş, qərbdə Şanlıurfa, Adıyaman, Malatya, şimalda Elazığ və Bingöl, cənubda isə Mardinlə qonşudur. Ərazisinin böyük bir qismi dağlarla əhatə olunmuşdur. Ən yüksək zirvəsi Muş sərhəddində yerləşən Anduk dağıdır (2830 m).
İqlimi
redaktəDiyarbəkirdə hava olduqca sərt keçir. Yayı çox isti, qışı mülayim keçir. Bunun səbəbi isə Cənub şərqdən gələn hava kütlələrinin qarşısını kəsən Toros dağlarıdır. Ən yüksək aylıq temperatur 40.2 dərəcə, ən alçaq aylıq temperatur isə -10.1 dərəcədir. Bu günə qədər müşahidə edilən ən yüksək temperatur 48.4 dərəcə (29 iyul 1946), ən aşağı temperatur isə -25.7 dərəcədir (11 yanvar 1933). İllik yağıntının miqdarı 496 mm-dir ki, bu yağıntının 2%-i yay aylarında düşür.
Bitki örtüyü
redaktəCənub-şərqi Anadoluda olduğu kimi Diyarbəkirin də təbii bitki örtüyü çöldür. Bölgədəki dağlar seyrək meşə örtüyü ilə əhatə olunub. Diyarbəkir ərazisinin 33%-i meşə örtüyü ilə, 40%-i becərilən ərazi və 22%-i isə çəmən və otlaq ərazisidir. Çay sahillərində söyüd, çinar, qoz və qovaq ağacları, yüksəkliklərdə palıd, ardıc və yabanı meyvə ağacları mövcuddur.
Çaylar
redaktəDiyarbəkir şəhərinin əsas su qaynağı Elazığ bölgəsindən gələn və Diyarbəkirin şərqindən axan Dəclə çayıdır. Burada çay dərəsinin dərinliyi 600 metrə qədər enir. Şəhərin şimal-qərbində kiçik bir bölgədən Fərat çayı keçir.
Əhali
redaktəTürkiyə Statistika Qurumunun göstəricilərinə görə, bölgənin əhalisi 1.528.958 nəfərdir (2010). Diyarbəkir şəhər mərkəzinin əhalisi isə 834.854 nəfərdir. Yenə Türkiyə Statistika Qurumunun göstəricilərinə görə, bölgənin əhalisi 2011-ci ildə 1.570.943 nəfərdir.
Diyarbəkir əhalisinin 53%-ni uşaqlar təşkil edir. Əhalinin 87%-nin doğum yeri Diyarbəkirdir. Qalan əhalinin doğum yeri isə Mardin və Bingöldür. Əhalinin 53%-i evlidir.
Ümumilikdə | 401 884 nəfər |
Türkcə | 264 235 nəfər |
Kürdcə | 134 948 nəfər |
Ərəbcə | 1 796 nəfər |
Ermənicə | 279 nəfər |
Digər | 626 nəfər |
Mədəniyyət
redaktəDiyarbəkir Qalası və Hevsel Bağları UNESCO tərəfindən 2015 tarixində Ümumdünya irsi siyahısına alınmışdır. Şəhər mərkəzində dövlət və bələdiyyə teatrları mövcuddur. Bundan başqa hər il şəhər mərkəzində Diyarbəkir Kitab Sərgisi fəaliyyət göstərir.
Mətbəxi
redaktəƏsrlər boyunca ərəblər, ermənilər, kürdlər, aramilər, türklər, yəhudilər və zazaların məskunlaşdığı qədim Diyarbəkirin mətbəxi də məhz bu xalqların mədəniyyətlərinin məcmusudur. Mətbəxin əsas ləvazimatları quzu əti, müxtəlif ədviyyatlar, düyü, kərə yağı və yarmadır. Bu səbəbdən Diyarbəkir mətbəxi nisbətən ağır yeməklərdən ibarətdir. Bundan başqa Diyarbəkir lahmacunu, kadayıfı və pendiri ilə də məşhurdur. Ən məşhur yeməkləri qabırğa dolması, içli küftə, çiy küftə, yarma aşı, keşkək və ciyər kababıdır.
Məscidlər, kilsələr və sineqoqlar
redaktəDiyarbəkir Ulu Məscidi
redaktəQara daşdan inşa olunan Anadolunun ən qədim məscidlərindən biridir. Eramızın 639 tarixində İslam ordusu Diyarbəkiri fəth etdi və beləliklə, Mar-Toma Kilsəsi məscidə çevrildi. İslam aləmində beşinci dini mərkəz olaraq qəbul edilir. Divarlarında müxtəlif mədəniyyətlərə aid yazılı kitabələr mövcuddur.
Səfa Məscidi
redaktəParlı Məscid adı verilən bu abidə XV əsrdə Ağqoyunlu Uzun Həsən tərəfindən inşa olunmuşdur. Çini və motivlərlə bəzədilən minarəsi çox zərif olduğundan günümüzə qədər mühafizə olunur. Məscidin qərbində böyük həkim Müslihiddin-i Larinin məzarı yerləşir. Minarənin inşasında xüsusi qoxulu bitkilər istifadə olunmuşdur.
Bəhram Paşa Məscidi
redaktə1572 tarixində Diyarbəkir hakimi Bəhram Paşa tərəfindən Memar Sinana inşa etdirdi. Üzərindəki kitabəyə görə, inşasına 1564-1565 tarixində başlanılmış, 1572 tarixində bitirilmişdir. 5 may 1828 tarixində məscidin minarəsinə ildırım düşdü və yalnız 1930-cu ildə restavrasiya oluna bildi.
Nəbi Məscidi
redaktəDaşla örtülü, tək qübbəli bir məsciddir. Ağqoyunlular tərəfindən inşa olunan bu əsər XV əsrə aiddir. Minarəsində "Məhəmməddən" sözüylə başlayan cümlələr yazılmış, bu səbəbdən Nəbi və ya Peyğəmbər Məscidi olaraq anılır. 1530 tarixində Hacı Hüseyn adlı bir qəssab tərəfindən minarə inşa edilmiş, bu minarə 1960 tarixində restavrasiya olunmuşdur.
Fatehpaşa Məscidi
redaktəKurşunlu Camii olaraq adlanır. 1516-1520 illərində şəhərin ilk Osmanlı hakimi olan Bığlı Mehmed Paşa tərəfindən inşa edilmişdir. Bölgədəki ilk Osmanlı əsəridir. Divarları dəyərli Osmanlı çiniləri ilə bəzədilən bu əsər cümhuriyyətin ilk illərində restavrasiya olundu. Daha öncə geniş ön meydanı olan məscid 90-cı illərdə iki yerə bölündü.
Hüsrəv Paşa Məscidi
redaktəOsmanlının Diyarbəkirdəki ikinci hakimi olan Divanə Hüsrəv Paşa tərəfindən 1512-1528 illərində inşa edilmişdir. Bina əvvəllər Üsrəviyyə Mədrəsəsi olaraq adlandırılmışdır.
Məlik Əhməd Paşa Məscidi
redaktəMəlik Əhməd Paşa tərəfindən XVII əsrdə inşa edilmişdir. Tamamilə çinilərlə bəzədilən mehrabı diqqəti cəlb edir. Məlik Əhməd Paşanın qəbri də məhz burada yerləşir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Turkish Statistical Institute. 1926.