Dogma Ocaq Film 2012 - Wikipedia
Doğma ocaq — Azərbaycanlı rejissor Rodion İsmailovun filmi.[1]
Doğma ocaq | |
---|---|
Ölkə | |
Çəkiliş yeri | Tovuz, Köhnəqala |
Məzmun
redaktəXalqımızın qədim adət-ənənələrini özündə əks etdirən "Doğma ocaq" filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.
Haqqında
redaktəFilm Azərbaycanın "Sinema evi" və Rusiyanın "DS film" studiyalarının müştərək istehsalıdır. Film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib.
Festivallar, mükafatlar
redaktə- "Ən yaxşı antropoloji film" mükafatı — 2013. Yekaterinburq. VIII Rusiya antropoloji filmlər festivalı
- "Ən yaxşı sənədli film" mükafatı — 2013. Qazaxıstan, Almatı şəhəri. "Şaken ulduzları" XI beynəlxalq kinofestivalı[2]
Filmin heyəti
redaktəFilmin rejissoru Rodion İsmailov, operator Mixail Qorobçuk, bəstəkar Vladimir Kuptsov, montaj edən Svetlana Lyadvina, prodüserlər Rodion İsmailov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.
İstinadlar
redaktə- ↑ "Doğma ocaq" mükafat qazanıb: [rejissor Ro-dion İsmayılovun eyniadlı filmi "Şaken ulduzları" XI beynəlxalq kinofestivalında "Ən yaxşı sənədli film" mükafatına layiq görülmüşdür] //Mədəniyyət.- 2013.- 7 iyun.- S. 3.
- ↑ ""Doğma ocaq" mükafat qazanıb". anl.az (az.). Mədəniyyət. 7 iyun 2013. 1 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2016.
Mənbə
redaktə- "Doğma ocaq": Azərbaycanlı rejissorun yeni filmi beynəlxalq festivalda uğur qazanıb: [Rusiyanın Kazan şəhərində "Mənim böyük məmləkətim" sənədli filmlər festivalında Azərbaycanı Rusiyada yaşayan soydaşımız, rejissor və prodüser Rodion İsmayılov təmsil edib] //Mədəniyyət.- 2012.- 28 noyabr. — S. 4.