Dobri Dobrev - Wikipedia
Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi[1] – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı.[2] Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir.
Dobri Dobrev | |
---|---|
bolq. Добри Добрев | |
| |
Digər adları | Böyük Dobri, Dobri baba |
Doğum tarixi | |
Doğum yeri | Baylovo, Bolqarıstan çarlığı |
Vəfat tarixi | (103 yaşında) |
Vəfat yeri | Kremikovtski monastırı, Bolqarıstan |
Uşağı | 4 |
Milliyyəti | bolqar |
Fəaliyyəti | xeyriyyəçi |
Tanınır | xeyriyyə işləri |
saintdobry.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı
redaktəDobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub.[3] Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina[4] uşaqları təkbaşına böyütməli olub.[5] Dobrev gəncliyini və məktəb illərini xatırlamır.[3]
Yetkin həyatı
redaktəDobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib. Təxminən 2000-ci ildə Baylovo kəndində yerləşən Kiril və Metodius kilsəsinin kiçik artırmasında yaşamağa başlayanda bütün mülkiyyətini Ortodoks kilsəsinə bağışlayıb. Bu zaman Bolqarıstan kilsələri və monastırlarının bərpa edilməsi üçün pul yığmağa başlayıb.[6] Tezliklə onu "Baylovo müqəddəsi" çağırmağa başlayıblar.[7]
Həyatı boyunca Dobrev kilsə və monastırlara 80.000 bolqar levindən (40.000 avro) çox pul bağışlayıb.[8] Onun ən böyük maddi yardımları:
- 10.000 bolqar levi (5.000 avro) doğma kəndi Baylovoda yerləşən Kiril və Metodius kilsəsinə.[9]
- 25.000 bolqar levi (12.500 avro) Sofiyanın şərqində yerləşən Eleşnişki monastırının bərpasına və Qorno Kamartsi kəndindəki yerli kilsəyə.[9]
- 35.700 bolqar levi (17.850 avro) Sofiyada yerləşən Aleksandr Nevski kafedralına. Bu 100 ildən çox tarixi olan kafedral tarixində edilmiş ən böyük maddi yardım olub.[10]
Şəxsi həyat və ölümü
redaktəDobrev 1940-cı ildə – Bolqarıstanın İkinci dünya müharibəsinə qoşulduğu dövrdə evlənib. Sofiyanın bombardman edilməsi zamanı çox yaxınına düşən bir bomba onun demək olar ki, bütün eşitmə qabiliyyətini itirməsinə səbəb olub.[11] Dobrev və həyat yoldaşının 4 uşağı olub, Dobrev onların ikisindən daha uzun yaşamağa müvəffəq olub.[5] Dobrev Ortodoks xristianı idi və tez-tez başqalarına İsa haqqında danışmağı sevirdi. Pul verən insanlara qarşı çox minnətdar idi.
Dobri Dobrev 13 fevral 2018-ci ildə 103 yaşında Kremikovtski monastırında vəfat edib.[11]
İstinadlar
redaktə- ↑ "Дядо Добри". БНТ. 17 dekabr 2010. 18 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2018.
- ↑ "Дядо Добри на 100 години" (bolqar). Vesti.bg. 2014-07-21. 2014-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2018.
- ↑ 1 2 "Bulgarian beggar, dubbed a 'living saint', dies aged 103". New Strait Times. 14 February 2018. 21 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2018.
- ↑ "Дядо Добри – светецът от Байлово". Българска история. 2018-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2018.
- ↑ 1 2 "Falleció el principal donante de la Iglesia búlgara, un mendigo de 103 años". Clarin. 15 February 2018. 16 February 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2018.
- ↑ Дядо Добри от Байлово – България — YouTube platformasında – част от филма "Лепта" (2000 г.), продукция на фондация "Покров Богородичен"
- ↑ "Дядо Добре Добрев – божий странник, пътник от бъдещето, Деси Велева". в. "Дума". 17 dekabr 2011. 28 iyun 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2018.
- ↑ "98-year-old homeless Bulgarian man donates thousands to restore churches". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-26.
- ↑ 1 2 Lubomir. "Heavenly dreams of Easter". c. "Standard". 15 May 2012. 2014-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2018.
- ↑ Goldberg, Eleanor. "This 99-Year-Old Man Begs Every Day And Gives It All Away To Churches And Orphanages". 27 February 2014. 5 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2018 – Huff Post vasitəsilə.
- ↑ 1 2 "Elder Dobri passes away at 103". Radio Bulgaria. February 13, 2018. February 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2018.