Dolmabagca Saat Qullesi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dolmabağça saat qülləsi — Bəzmi Aləm Validə Sultan Məscidi ilə Dolmabağça sarayının Səltənət qapısı arasında yerləşən saat qülləsi. 1890-1895-ci illər arasında Sultan II Əbdülhəmid tərəfindən tikdirilmişdir.
Dolmabağça saat qülləsi | |
---|---|
41°02′15″ şm. e. 28°59′46″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Sarkis Balyan |
Sifarişçi | II Əbdülhəmid |
Tikilmə tarixi | 1890-1895 |
Üslubu | barokko |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Memarlıq
redaktəSaray memarı Sarkis Balyan tərəfindən Neobarok və Ampir üslubunda tikilib. 27 metr hündürlüyündə və 4 mərtəbəli olan qüllənin 94 pilləsi var. Pilləkən dəhlizlərinin fonu rəngli daşlarla, həndəsi şəkillər verilərək düzəldilmişdir. 12 x 12 m ölçülərdə mərmər platformaya, qüllə sütunları ilə 8,50 x 8,50 mt abadan quruluşdadı. Qüllənin hər kənarında altı pilləli pilləkən və tinlərdə iki mərtəbəli bir fəvvarə yerləşir.
Birinci mərtəbənin 3 hissəsində pəncərə, digərində isə qapı var və hər səmtdə tağ qövs daxilində barometr var. Qapı və pəncərələrin iki yanında cüt sütunlar bu mərtəbəni bəzəyir.
7,40 x 7,40 m ölçülü birinci mərtəbənin səmtləri çox bəzəklidir. Saat qülləsinin dəniz və quru tərəfindəki səmtlərində Sultan II Əbdülhəmidin Tuğrasının üz tərəfi yerləşir.
İkinci mərtəbə (6,00 x 5,00 m) birinci mərtəbəyə nisbətən daha sadədir. Üçüncü mərtəbəyə şəbəkəli eyvanla keçid təmin olunmuşdur. Hər bir səmtində saat yerləşir. Saatlar Fransız istehsalıdır. Dəniz tərəfindəki saat ayrı qurularkən, digər üç saat isə eynidir. Saatçı İohann Mayer tərəfindən taxılan Paul Garnier markalı saat 1979-cu ildə qismən elektron sistemə çevrilmişdir və işlək vəziyyətdədir.