Domeniko Cimaroza - Wikipedia
Domeniko Çimaroza (17 dekabr 1749[1][2][…], Aversa[3][4] – 11 yanvar 1801[1][2][…], Venesiya[3][4]) — italyan bəstəkarı, buffa-operanın görkəmli nümayəndələrindən biri.[5]
Domeniko Çimaroza | |
---|---|
it. Domenico Cimarosa | |
Doğum tarixi | 17 dekabr 1749[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 1801[1][2][…] (51 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | bəstəkar |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQeyri-adi musiqi istedadı olan Çimaroza 1761-ci ildə "Santa-Mariya di Loreto" konservatoriyasına daxil olmuş və 1772-ci ildə oranı bitirmişdir. 1772-ci ildə Neapolda "Qrafın qəribəlikləri" adlı ilk buffa-operası tamaşaya qoyul muşdur. Çimaroza 1787-ci ildə Peterburqa dəvət olunmuş və 1791-ci ilə qədər saray kapel meysteri işləmişdir. Burada "Günəş qızı" (1788), "Kleopatra" (1789) operalarını yazmış və tamaşaya qoymuşdur.
Fəaliyyəti
redaktə1791– 92-ci illərdə Avstriya imperatorunun saray kapelmeysteri olmuş və burada dünya şöhrəti qazanmış, ən məşhur "Gizli nikah" (1792; bu əsər 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyası yanında Ş. Məm — mədova adına Opera studiyasında tamaşaya qoyulmuşdur) buffa-operasını yaratmışdır. 1793-cü ildə Çimaroza İtaliyaya qayıtmış, Neapolda saray kapelmeysteri vəzifəsini tutmuşdur. 1799-cu ildə Neapolda respublika elan olunmasını sevinclə qarşılamış, bu hadisə ilə bağlı "Patriotik himn"i (sözləri L. Rossinindir) yazmışdır. Çimaroza həmçinin "Olimpiada" (1784), "Horatsilər və Kuriatsilər" (1796) seria- operalarının, oratoriyaların, kantataların, orkestr və kamera-instrumental əsərlərin və s. müəllifidir.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Domenico Cimarosa // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Чимароза Доменико // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ 1 2 Çimaroza// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 579.
Xarici keçidlər
redaktə- International Music Score Library Project
- Giannina Bernardone partition sur internetculturale.it
- Credulo / Baronessa stramba partition sur internetculturale.it
- Finti nobili partition sur internetculturale.it