Don Makkalin - Wikipedia
Don Makkalin (ing. Don McCullin) — daha çox müharibəyə və şəhər problemlərinə aid fotoları ilə tanınan britaniyalı fotojurnalist. 1959-cu ildə başlayan karyerasının əsas hissəsini işsizlər, əzilənlər və yoxsulluq haqqında fotolar təşkil edir.
Don Makkalin | |
---|---|
ing. Don McCullin | |
Doğum tarixi | |
Doğum yeri | Şimali London, İngiltərə |
Milliyyəti | ingilis |
Fəaliyyəti | fotojurnalist |
Fəaliyyət illəri | 1959-günümüzədək |
Mükafatları | |
IMDb | ID2670273 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəErkən illəri
redaktəMakkalin Şimali Londonda Finsburi Parkı adlanan yerdə boya-başa çatıb. Sonralar Blitz zamanı (nasistlər tərəfindən Birləşmiş Krallığın bombalanması hadisəsi) ailəsi ilə birlikdə Somersetdəki fermaya köçürülüb.[1] O, disleksik olsa da, getdiyi orta məktəbdə rəsm çəkmək üzrə qeyri-adi istedad nümayiş etdirmişdi.[2][3]
Karyerası
redaktəMakkalin KHHQ-də Dövlət Xidmətində olarkən 1956-cı il Süveyş böhranı zamanı kanal zonasına göndərilib və burada fotoqraf köməkçisi kimi çalışıb. O, KHHQ-də fotoqraf olmaq üçün tələb olunan yazılı nəzəriyyə məruzəsindən keçə bilməmiş və nəticədə öz xidmətini qaranlıq otaqda başqalarının şəkillərini çap etməklə keçirmişdi.[4][5][6] Bu müddət ərzində Makkalin ilk kamerasını — "Rolleicord"u alıb. Britaniyaya qayıdarkən maliyyə çatışmazlığı səbəbindən kamerasını girov qoymalı olub. Makkalinin anası girovu ödəmək üçün şəxsi vəsaitindən istifadə edib.[7]
1959-cu ildə Londonda çəkdiyi quldur dəstəsinin şəkli "The Observer" qəzetində çap olunub.[8] 1966-1984-cü illər aralığında "Sunday Times Magazine" üçün xarici xəbərlər müxbiri kimi işləyərkən ekoloji və müharibə zonaları kimi insanlar tərəfindən törədilən faciələri lentə alıb ki, bunların da arasında 1968-ci il Biafra hadisəsinin və Afrikada QİÇS epidemiyasının qurbanları da var idi.[4][6] Onun Vyetnam müharibəsini və Şimali İrlandiya konfliktini qərəzsiz işıqlandırılması xüsusilə yüksək qiymətləndirilir.
Makkalinin Londondakı Maryon Parkında çəkdiyi şəkil Mikelancelo Antonioninin "Şəkilböyütmə" filmində istifadə olunub.[9]
1968-ci ildə Nikon markalı kamerası ona tuşlanmış güllənin qarşısını kəsərək həyatını xilas etmişdir.[10][11]
1982-ci ildə Britaniya höküməti gəminin dolu olduğunu əsas gətirərək[12] Folklend müharibəsindən reportaj hazırlamaq istəyində olan Makkalinə maliyyə yardımı ayırmayıb.[13][14][15][16] O, əmin idi ki, hökumətin belə addım atmasına səbəb Tetçer hökumətinin onun şəkillərinin siyasi narahatlıq doğuracağını ehtimal etməsidir.
2012-ci ildə Devid Morris və Cek Morrisin rejissorluğu ilə onun həyatından bəhs edən "Makkalin" adlı sənədli film çəkilib. Film — "Britaniya ssenaristinin, rejissorunun və ya prodüserinin ən yaxşı debütü" və "Ən yaxşı sənədli film" nominasiyalarında BAFTA-ya namizəd olub.[17]
Makkalin 2015-ci ilin noyabrında "Photo London"un açılışı zamanı 2016-cı ilin "Foto ustadı" adına layiq görülüb. 2016-cı ilin mayında Somerset-hausda onun əsərlərinə həsr olunmuş sərgi keçirilib. O, rəqəmsal fotoqrafiyanın meydana çıxması ilə bağlı verilən sualı belə cavablandırmışdı: "Rəqəmsal fotoqrafiya tamamilə yalançı bir təcrübə hesab oluna bilər — sən istədiyini köçürə bilərsən, bütün bunlara tamamilə güvənmək olmaz".[18]
Şəxsi həyatı
redaktəDon Makkalin hazırda arvadı Ketrin və kiçik oğlu Maks ilə birlikdə Somersetdə yaşayır.[19]
Sərgiləri
redaktə- 2013: Retrospektiv, Kanada Milli Qalereyası, Ottava, Kanada.[20]
İstinadlar
redaktə- ↑ Don McCullin at SundaySalon Arxivləşdirilib 2021-03-01 at the Wayback Machine. Retrieved 22 March 2014
- ↑ Don McCullin interview in The Guardian 22 December 2012 Arxivləşdirilib 18 iyun 2021 at the Wayback Machine. Retrieved 22 March 2014
- ↑ ftweekend Don Mcullin interview Arxivləşdirilib 2018-08-24 at the Wayback Machine Retrieved 22 March 2014
- ↑ 1 2 "Том Харди станет военным фотографом". Kinopoisk.ru. 2017-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- ↑ Leo Benedictus "Don McCullin's best shot", The Guardian (London), 29 March 2007. A shortened version of this interview, omitting this material, appears here [1] Arxivləşdirilib 2007-12-11 at the Wayback Machine.
- ↑ 1 2 Edemariam, Aida. "The human factor (interview)". The Observer. 25 August 2005. 5 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2017.
- ↑ McCullin, Donald; Lewis Chester. Unreasonable Behaviour, An Autobiography. Vintage Books. 2002. 28–29. ISBN 978-0-09-943776-5.
- ↑ Peres, Michael R.; Osterman, Mark; Romer, Grant B.; Lopez, J. Tomas. The Concise Focal Encyclopedia of Photography. Focal Press. 2008. ISBN 0-240-80998-X.
- ↑ Philippe Garner, David Alan Miller, Blow Up (Steidl, 2011).
- ↑ "Фотограф Дон Маккалин: "Армия России колонизировала Пальмиру"". BBC. 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- ↑ McCullin, Donald; Lewis Chester. Unreasonable Behaviour, An Autobiography. Vintage Books. 2002. 137–138. ISBN 978-0-09-943776-5.
- ↑ Calkin, Jessamy. "Bleak Beauty". The Daily Telegraph. London. 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
- ↑ Morris, Roderick. "Don McCullin's Harrowing Images of War". International Herald Tribune. 1997-10-30. 17 February 2009 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Don McCullin". Exploring Photography. Viktoriya və Albert Muzeyi. 10 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-31.
- ↑ Das, P, "Life interrupted—a photographic exhibition of HIV/AIDS in Africa by Don McCullin", The Lancet Infectious Diseases, 5 (1), January 2005: 15, doi:10.1016/S1473-3099(04)01248-4, ISSN 1473-3099, PMID 15620555
- ↑ Hodgson, Francis. "Shaped by War: Photographs by Don McCullin, Imperial War Museum, London". Financial Times. London. 19 October 2011. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
- ↑ "McCullin (2012): Awards". Internet Movie Database. 5 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2015.
- ↑ "Don McCullin: 'Digital photography can be a totally lying experience'". Telegraph.co.uk. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- ↑ "Дон Маккалин интервью профессиональной фотографии". Bychico.net.[ölü keçid]
- ↑ Susan Hallett. "Don McCullin's Post-Empire England | Literary & Visual Arts | Arts & Entertainment". Epoch Times. 4 February 2013. 11 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
Xarici keçidlər
redaktə- Don Makkalin — IMDb səhifəsi
- Don Makkalin hamiltonsgallery.com saytında (ing.)