Donor Aktseptor Kimyevi Rabite - Wikipedia
Donor-aktseptor kimyəvi rabitə - atom və ya ionun onunla qarşılıqlı əlaqədə olan atoma mənsub olan bir cüt elektronu istifadə etməsi nəticəsində yaranan rabitə. Donor - latınca donare - bəxşiş etmək deməkdir.
Donor-aktseptor kimyəvi rabitəyə misal
redaktəDonor-aktseptor kimyəvi rabitə ən sadə misal H+-nin NH3-lə birləşərək NH4 əmələ gətirməsi ola bilər (azotun s2 və p3 elektronu vardır). H-nin üç elektronu azotun 3p elektronu ilə birləşərək piramidal NH3 molekulu əmələ gətirir. N və NH3 ətrafıda hidrogenlə üç cüt ortaq və bir cüt ortaq olmayan elektrondan ibarət 8 elektronlu təbəqə mövcuddur. Ortaq olmayan elektron cütü H+ tərəfindən istifadə edilir. Bu halda azot kompleksəmələgətirici donor, hidrogen isə aktseptor və kompleks birləşmiş element (addend) rolunu oynayırlar. Buna oxşar, lakin yaranma mexanizminə görə nisbətən daha mürəkkəb kimyəvi rabitə, birləşmələrin 8- və ya 18-elektronlu qapalı örtük yaratmağa meyil etməsi ilə bağlıdır. Bu növ rabitə həm [Pt(NH3)6]4+, [PtCl6]2- və b. kimi sintez olunan, həm də təbii (məsələn: sulfidlər) birləşmələrdə yaranır. Donor-aktseptor kimyəvi rabitə hidrotasiya hadisəsi ilə müşayiət olunan həllolma proseslərində mühüm rol oynayır.
Rabitənin əmələ gəlməsi
redaktəİon və kovalent rabitə əksspinli açıq (qapanmamış) elektronların qapanması nəticəsində əmələ gəldiyi halda, donor-akseptor rabitə bölünməmiş elektron cütü və boş orbitallar arasında meydana çıxır. Donor-akseptor rabitə bütün kompleks birləşmələrin əmələ gəlməsində iştirak edir. başqa sözlə, kompleks birləşmələrdə adi rabitələr ilə yanaşı, bir qayda olaraq, donor-akseptor rabitə də olur. Kompleks birləşmələrin quruluş formulları yazılarkən donor-akseptor rabitə adətən akseptora tərəf istiqamətlənmiş oxla göstərilir.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
- Z.Qarayev "Qeyri-üzvi kimya", Maarif-1975.