Doppelqanqer - Wikipedia
Doppelqanqer (əkiz amma özü olmayan) (alm. Doppelgänger; hərfi. doppel - ikili, gang - addım, gänger - addımlayan, yəni sənin etdiklərini təkrarlayan) — bir şəxsin digər şəxsə eyni ilə oxşarı mənasında işlədilən Alman mənşəli termindir. Bir çox hallarda paranormal fenomen kimi də qəbul edilən bu termin adətən baş vermiş pis hadisənin nəticəsi kimi başa düşülür. Bəzi mədəniyyətlərin rəvayətlərinə əsasən şeytanın əkizi kimi də qəbul edilir.
'Doppelgänger' kəlməsi bir nəfərin başqa birinə səsindən tutmuş görünüşünə qədər və ya davranışlarıda daxil olmaqla oxşadığını ifadə etmək üçün işlədilir.[1] Bu cür insanlar bir-birilərinə klon kimi oxşayırlar. Rəvayətlərə görə kimsə tərəfindən yaranmış hər hansı bir uğursuz hadisəyə görə təbiət insanlara o hadisəni xatırlatmaq məqsədi ilə o uğursuz hadisənin səbəbkarının doppelgängerini (və ya doppelgängerlərini) yaradır.
'Doppelgänger' kəlməsi rəqəmsal marketinqdə müəyyən qrup tərəfindən çox tanınmış firmalara qarşı hazırlanmış emosianal və nüfuzunə mənfi təsir göstərəcək yanaşmadır. Bu təzyiqə dünya şöhrətli brendlər məruz qalıb. Nümunə olaraq aşağıdakı markaları misal göstərmək olar:
- Pepsi
- United Airlines
- Hummer
- Wallmart
- Starbucks Brendlərin bu kimi təzyiqlərə məruz qalmaması üçün mütəmadi olaraq, sosial medianı izləməsi və "hücumun" gələcəyi nöqtələrin ustalıqla aradan qaldırması ola bilər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Doppelgänger; Orthography, Meaning Synonyms Arxivləşdirilib 2012-11-20 at the Wayback Machine http://www.duden.de Arxivləşdirilib 2012-09-09 at the Wayback Machine.