Dorodanqo - Wikipedia
Dorodanqo (泥だんご?, azərb. Palçıq xəmiri) – torpaqdan və sudan istifadə edərək bilyard şarını xatırladan kürə əmələ gətirməkdən ibarət olan yapon sənəti. Burada əsas torpaqla təmasdır.[1]
Yaponlar torpaqla təmasda olaraq ondan müxtəlif top formalarını xatırladacaq fiqurlar hazırlayırlar. Hazırlanan fiqurlar palçıqdan hazırlanır. Bu bir növ duluşçuluq sənətini xatırladır.[1]
Əvvəlcə bir miqdar torpaq götürülür və o bütünlüklə kiçik daşlardan, sərt hissəciklərdən təmizlənir. Narın qum bir qədər nəm halında ovuc arasında yoğrulur. Bununla ona forma verilir. Təxminən 20-30 dəqiqəyə qədər davam edən prosesin sonunda artıq tamamilə yumuru hal almış palçıq plastik paketlərə qoyularaq qurudulur.[1]
Xüsusilə günəş şüaları altında qurudulmasına üstünlük verilir. Quruduqca daha da top forması alır. 20 dəqiqə qurudulduqdan sonra həmin fiqurlar müxtəlif yağlı boyalarla bəzədilir. Üzərinə müxtəlif naxışlar vurula bilər. Bu daşlar yaponlar üçün rahatladıcı xüsusiyyətə malik əşyalar sırasındadır və dəyərlidir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Əsəblərinizi sakitləşdirəcək yapon sənəti: "Dorodango"". Libre.az (az.). 18 iyul 2018. 2018-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2018.
Xarici keçidlər
redaktə- Vikianbarda Dorodanqo ilə əlaqəli mediafayllar var.