Dritero Aqolli - Wikipedia
Dritero Aqolli (13 Oktyabr 1931 – 3 Fevral 2017) - Albaniya şairi və yazıçısı. 1973-cü ildən Albaniya Yazıçılar və Rəssamlar Birliyinin prezidenti idi.
Dritero Aqolli | |
---|---|
Dritëro Agolli | |
Təxəllüsü | Bamkë Çomaga[1] |
Doğum tarixi | |
Doğum yeri | Qoritsa, Albaniya |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Tirana, Albaniya |
Vəfat səbəbi | ağciyər xəstəliyi[d] |
Vətəndaşlığı | Albaniya |
Milliyyəti | alban |
Təhsili | |
Fəaliyyəti | ədəbiyyat |
Fəaliyyət illəri | 1958-ci ildən |
Əsərlərinin dili | alban |
Janrlar | roman, şeir |
dritero.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAqolli 1931-ci ildə Albaniyanın Qoritsa vilayətininin Menkulas kəndində anadan oldu. Orta təhsilini 1952-ci ildə Erqiridə tamamladıqdan sonra 1957-ci ildə Leninqrad Universitetindən məzun oldu. O dövrdə sosialist rejimlə idarə olunan Albaniyaya qayıaraq "Zëri i Popullit" ("Xalqın səsi") qəzetində işləməyə başladı. Eyni zamanda Tirana Universitetində dərs verirdi. 1973-1992-ci illərdə Albaniya Yazıçılar və Sənətçilər Birliyinin prezidenti oldu.[2]
Aqolli realist əsərləri ilə tanınır. Ən məşhur əsəri "Komissar Memo" romanıdır.
Şair də olan Drietro Aqollinin şeirlərinin əsas mövzusu insanlıq problemləri və təbiətdir.
Aqolli 3 fevral 2017-ci ildə Tiranada 85 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.[3]
Əsərləri
redaktə- "Yolumdan ayrıldım" (Në Udhë Dola, 1958)
- "Asfalt yolda addımların" (Hapat E Mija Në Asfalt, 1961)
- "Dağ yolları və qaldırımlar" (Shtigje malesh dhe trotuare, 1965)
- "Komissar Memo" (Komisari Memo, 1970)
- "Yoldaş Zilonun yüksəlişi və düşüşü" (Shkëlqimi Dhe Rënja E Shokut Zylo, 1973)
- "Silahlı adam" (Njeriu Me Top, 1975)
- "Gecikən gəzgin" (Pelegrini i Vonuar, 1993)
- "Zaman dilənçisi" (Lypësi i Kohës, 1995)
- "Çılğın insanlar" (Njerëz Të Krisur, 1995)
- "Babalarımızın ruhu" (Shpirti i Gjyshërve,1996)
- "Əcnəbi yaxınlaşır" (Vjen Njeriu İ Çuditshëm,1996)
- "Çığlaq at minicisi" (Kalorësi Lakuriq, 1996)
- "Atam və özüm üçün balladalar" (Baladë për tim atë dhe për vete, 1997)
- "Şeytan qutusu" (Arka e Djallit, 1997)
- "Gecəyarısı dəftəri" (Fletorka e mesnatës,1998)
- "Ağır zəng" (Kambana e Largët, 1998)
Biblioqrafiya
redaktə- Akademia e Shkencave e Shqipërisë (2008) (in Albanian), Fjalor Enciklopedik Shqiptar (Albanian encyclopedia), Tirana, ISBN 978-99956-10-27-2
- Robert Elsie, Historical Dictionary of Albania, New Edition, 2004, ISBN 0-8108-4872-4
- Shefki Hysa, "The Diplomacy of self-denial" (Diplomacia e vetëmohimit), publicistic, Tirana, 2008, ISBN 978-99956-650-3-6
- Namik Selmani, "Salute from Chameria" publicistic, (2009), Tirana, ISBN 978-99956-33-28-8
İstinadlar
redaktə- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "Biography in Albanian". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
- ↑ "Albanian writer Dritero Agolli dies at 85". Global Times. 4 February 2017. 9 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.
Xarici keçidlər
redaktə- dritero.com — Rəsmi saytı
- Poetry by Dritëro Agolli Arxivləşdirilib 2008-08-20 at the Wayback Machine