Dunqan Xanligi - Wikipedia
Dunqan xanlığı — 1864-cü ildə türk müsəlman xalqları (dunqanlar, uyğurlar, qazaxlar və s.) tərəfindən milli azadlıq mübarizəsi zamanı Tsin hökumətinin devrilməsindən sonra yaradılan Şərqi Türkistandakı bir dövlətdir. Paytaxtı Urumçi şəhəri olmuşdur.
xanlıq | |
Dunqan xanlığı | |
---|---|
|
|
Paytaxt | Urumçi |
Ən böyük şəhər | Urumçi, Manas, Quçen |
Rəsmi dilləri | uyğur, dunqan |
Dövlət dini | İslam |
Əhalisi | uyğur, dunqan, qazax |
İdarəetmə forması | Monarxiya |
xan | |
• | Lotay xan |
Ümumi təsvir
redaktəDunqan xanlığı Manas, Quçen şəhərləri və başqa ərazilərlə yanaşı, əsasən dunqanların yaşadığı Şimali Tyan-Şan torpaqlarını da əhatə edirdi. Dövlət Lotay xan (Daut-Helpe) tərəfindən idarə olunurdu. Şəhərləri yanşailər idarə edirdi. Dunqan xanlığında nizami qoşunlar yox idi. Hər şəhərin öz könüllü dəstəsi var idi. Tədqiqatçılar həmçinin Dunqan xanlığını Dunqan şəhərlərinin birliyi də adlandırırlar, çünki şəhərlər geniş özünüidarə hüquqlarına sahib idi.
Dungan xanlığı Sincanın ən güclü siyasi birliyi idi. Bunun hesabına xanlıq 1867-ci ilə qədər sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirmişdi. Kaşğardakı (Sincanın bölgəsinin cənub hissəsi) qeyri-sabit siyasi vəziyyət nəticəsində cənubi Tyan Şan şəhərləri Turfandan Toksuna qədər (əsasən əhalisi uyğurlardır), qərbdə isə Karaşaradək 1864–1866-cı illərdə Dunqan xanlığının hakimiyyəti altına daxil oldular. 1866-cı ildə dunqanlar Tsin dövlətinin nümayəndələrini Tarbağatay bölgəsindən qovdular (qazaxlar bu yürüşlərdə fəal iştirak etdilər) və orada bir ildən çox ağalıq etdilər. Elə həmin il Dunqan xanlığı bölgənin şərqində yerləşən Hami şəhərini ələ keçirdi. Dunqan xanlığı yerli tarançı- uyğurlarla hakimyyət uğrunda mübarizə aparan dunqanlara kömək etmək üçün qonşu İli bölgəsinə bir neçə dəfə silahlı dəstə göndərdi. Sonralar tarançılar güclənərək Tarançi Sultanlığını yaratdılar (1867–1871).
Xanlığın süqutu
redaktə1867-ci ildə ümumi siyasi vəziyyət kökündən dəyişdi və bu Dunqan xanlığının taleyinə mənfi təsir göstərdi. Sincan və qonşu Şensi, Qansu əyalətlərində hakimiyyətini bərpa etmək istəyən Tsin hökuməti Sincanın şimal-qərb bölgələrində nəzarəti ələ keçirdi. 1867-ci ildə Şensi əyalətində üsyan amansızlıqla yatırıldı. Digər tərəfdən, Dunqan xanlığına 1867-ci ildə Yettişaar dövlətini yaradıb (Yeddi böyük şəhərlərin sayına görə) bütün Kaşğarda (Dunqan xanlığının torpaqları istisna olmaqla) hakimiyyəti ələ keçirən Yaqub bəydə ciddi təsir göstərirdi. 1868-ci ildə Dunqan xanlığı Yaqub bəyin mülklərinə hücum etdi. Tərəflər arasında qızışan müharibə zamanı 1869-cu ildə Dunqan xanlığı Tyan-Şanın cənubundakı bütün torpaqlarını itirdi. 1870-ci ilin yayında Turfan vadisini ələ keçirən Yaqub bəy gecikmədən Urumçiyə hücum etdi. İlin sonunda Dunqan xanlığı müstəqil bir dövlət olaraq mövcudluğunu dayandırdı.
1871-ci ilin yayında Rusiya İli sultanlığını ələ keçirdi. Bu müddətdə dunqanların Şimali Tyan-Şan şəhərlərinin hökmdarları Rusiyanın himayəsinə keçməyə çalışırdılar. Ancaq bu cəhdlər uğursuzluqla nəticələndi.
Çin hökmranlığı
redaktə1873-cü ilin sonunda Tsin hökuməti Qansu əyalətindəki üsyanı yatırdı. Üsyan etmiş dunqanlar Çin hökumətinin cəza dəstələrinin təzyiqi ilə 1874-cü ildə Şimali Tyan-Şana doğru geri çəkildilər. 1876-cı ilin iyulunda Tsin hökumətinin cəza dəstələri Quçen və Fukan, avqustda — Qumadi və Urumçini ələ keçirdilər. Oktyabrın 28-də Manas şəhəri təslim oldu. Dunqan xanlığının mövcudluğuna bütün Sincan Tsin hökumətinə tabe olduqdan sonra (İli ərazisi istisna olmaqla) son qoyuldu.
Ədəbiyyat
redaktə- Куропаткин А. Н., Кашгария, СПб., 1897;
- Сушанло М., Дунганское восстание второй половины XIX века и роль в нём Бай Янь-ху, Фрунзе, 1959;
- Юсупов X., Переселение дунган на территорию Киргизии и Казахстана, Фрунзе. 1961.
- Дунганское ханство // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — ISBN 9965-9746-3-2.