Duomi Xaqan - Wikipedia
Duomi xaqan (çin. 多彌可汗, Pinyin: Duōmí Kèhán; v. 646) — Seyanto xaqanı. Əsl adı Bacuo olub, tam titulu İl Küllüg Şad Duomi xaqan (頡利俱利薛沙多彌可汗) idi.
Duomi xaqan | |
---|---|
Bacuo (拔灼) | |
Əvvəlki | İncu xaqan |
Sonrakı | Yitevuşi xaqan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Dini | Tenqriçilik |
İncu xaqan dövründə
redaktəAtasının ilk övladı deyildi, lakin bir kəniz yerinə xatundan doğulduğu üçün daha çox hörmət görürdü. 638-ci ildə artıq atası İncu xaqan onu cənub tayfalarının valisi kimi təyin etmişdi. Tan sülaləsinin imperatoru Taiçonq isə onun və qardaşının arasında rəqabət yaratmaq üçün onu hətta kiçik xaqan kimi də tanımışdı.[1] Daha sonra atası onu Si Yabqu titulu ilə qərb hakimi kimi təyin etmişdi.[2]
Hakimiyyəti
redaktəAtasının 645-ci ildəki ölümündən sonra böyük qardaşı Yemanq [3] ilə hakimiyyət uğrunda mübarizəyə başladı. Yemanq Bacuo tərəfindən tutularaq həbs edildi. Bacuo özünü xaqan elan edərək həmin il hakimiyyətə başladı.
Çinlə müharibə
redaktəDuomi xaqanın Çinə qarşı münasibəti müsbət deyildi. Tan sülaləsinin Koquryoya qarşı müharibəsindən istifadə edərək Çinin Hsia (夏州) prefekturasına qarşı hücuma keçdi. Taiçonqun geridə qoyduğu sərkərdələr Çişi Sili (執失思力) və Tian Renhui (田仁會) isə bu hücuma qarşı yaxşı müdafiə olundular. 646-cı ildə Aşina Şeer, Li Daoçonq (李道宗), Hsüe Uançe (薛萬徹), Sonq Cunminq (宋君明) və Hsüe Quvu (薛孤吳) kimi Çin sərkərdələri Seyantoya qarşı hərəkətə keçdilər və həmin ilin payızında məğlub etdilər.
Uyğurlarla müharibə
redaktəDuomi bu müddətdə Uyğurlarla da münasibətləri korladı və çoxunu dövlət hakimiyyətindən kənarlaşdırdı. Yağlakar sülaləsindən Tumidu (吐迷度) Duomiyə qarşı üsyana qalxıb Bügüt və Tonqra tayfalarını başına toplayaraq onu böyük məğlubiyyətə uğratdı. Həmin arada Seyanto sərkərdəsi Apa şad və Çin sərkərdəsi Yuven Fa (宇文法) Mançuriyada təsadüfən qarşılaşaraq döyüşdülər və Seyanto xalqında Çinin hücuma keçməsi təəssüratı yaratdılar. Panikaya düşən Duomi xaqan Aşide tayfasına pənah gətirsə də uyğurlar tərəfindən tutularaq öldürüldü. Seyantoların torpaqlarının çoxu uyğurların əlinə keçdi. Seyantoların yerdə qalan torpaqlarında Duominin əmisioğlu Yitevuşi xaqan taxta çıxdı.
İstinadlar
redaktə- ↑ Şici Tonqcian, cild 195
- ↑ Şici Tonqcian, cild 198
- ↑ Bu şəxs Cielibi və ya Tardu da ola bilər