Echinochasmus Petrowi - Wikipedia
Echinochasmus petrowi (lat. Echinochasmus petrowi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.
Echinochasmus petrowi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarici quruluşu
redaktəYetişkən parazitlər nisbətən kiçik olub, 1,69-2,87 mm uzunluğa və qarın əmziyi haşiyəsində 0,52-0,67 mm maksimal enə malikdir. Baş yaxalığın eni 0,25-0,48 mm olub, 24 tikanla təchiz olunmuşdur. Tikanlar lateral hissədə ara verməklə bir sıra əmələ gətirmişdir. 2 kənar tikanlar 0,009-0,021 mm еnə, 0,0038-0,054 mm uzunluğa, qalan 22 tikan isə bərabər ölçüdə olub, 0,046-0,067 mm uzunluğa və 0,012-0,025 mm enə malikdir. Terminal yerləşmiş ağız əmziyi dairəvi olmaqla ölçüsü 0,067-0,005х0,063-0,105 mm-dir. Prefarinks 0,072-0,123 mm uzunluqdadır. Farinks oval şəkildə olub, 0,096-0,130 mm uzunluqda və 0,067-0,113 mm еnə malikdir. Qarın əmziyindən sonra bağırsaq çıxıntıları böyüyür. Qarın əmziyindən sonra bağırsaq çıxıntıları böyüyür və 0,0765 mm uzunluqda divertikullar əmələ gətirir. Qida borusunun uzunluğu 0,215-0,365 mm-dir. Cinsi bursa qarın əmziyinin altında dorzal yerləşmişdir. Toxumluq qovuğu burulmayıb, 2 hissəyə bölünmüşdür. Qarın əmziyi böyük və dairəvi olub, 0,34-0,63 mm uzunluğa 0,37-0,61 mm enə malikdir. Dairəvi yumurtalıq 0,084-0,197 mm uzunluğa , 0,092-0,197 mm enə malikdir. Qabaq toxumluğun ölçüsü 0,13-0,23х0,17-0,30 mm, dal toxumluğu isə 0,17-0,38х0,17-0,36 mm-dir. Yumurtalar 0,067-0,038-0,050 mm ölçüdədir.[1]
Həyat tərzi
redaktəAzsaylı-Endem növdür, növdaxili müxtəlifliyi Politipdir, Parazit orqanizm olub quşların (Ardea cinerca, Ardeola ralloides) bağırsağında yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Epiteli hüceyrələri ilə qidalanır. Hermofradit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Üçüncü dərəcəli konsumentdir. [2]
Yayılması
redaktəDünyada 38, Azərbaycanda 16, Qafqazda isə 3 növlə təmsil olunmuşdur. Lənkəran rayonu (Qızılağac Dövlət Qoruğu) və Naxçıvanda yayılmışdır.