Echinostoma Azerbaidjanica - Wikipedia
Echinostoma azerbaidjanica (lat. Echinostoma azerbaidjanica) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.
Echinostoma azerbaidjanica | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarici quruluşu
redaktəYetişkən qurdlar 4,5-4,8 mm uzunluğa və 0,8-1,2 mm maksimal enə (toxumluqların haşiyəsində) malikdirlər. Kutikula tikanlarl örtülmüşdür. Böyrəkşəkilli yaxalıq 0,246x0,364mm olub, üzərində 43 tikan yerləşmişdir. Bunlardan ventral payların uclarında 5 tikan yerləşmişdir. Dairəvi ağız əmziyi 0,120-0,144x0,132 mm diametrə malikdir. Udlaq 0,120-0,144x0,096 mm, qida borusu isə 0,240-0,264 mm uzunluğundadır. Oval cinsi boru isə 0,360-9,540x0,156-0,3000 mm olub, qarın əmziyinin ön tərəfində yerləşir və onun dal ucu qarın əmziyinin orta hissəsinə qədər uzanır. Uzunsov toxumluqlar biri digərinin ardında yerləşmişdir. Ön toxumluq 0,540-0,720x0,420-0,540 mm arxa isə 0,636-0,900x0,408-0,504 mm ölçüyə malikdir. Dairəvi yumurtalıq 0,216-0,264x0,204-0,288 mm-dir. Melis cisimciyi yumurtalıqdan böyük olub, ön toxumluqla yumurtalığın arasında yerləşir. Sarılıqlar qarın əmziyindən bir qədər aralıq yerləşir və toxumluğun arasında genişlənirlər. Balalıq yalnız qarın əmziyi ilə yumurtalıq arasında yerləşir. Yumurtalıqlar 0,083-0,108x0,048-0,072mm ölçüyə malikdir.[1]
Həyat tərzi
redaktəÇoxsaylı-endem növdür, növdaxili müxtəlifliyi Politipdir, Parazit orqanizm olub quşların (Coturnix coturnix) bağırsağında yaşaır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Epiteli hüceyrələri ilə qidalanır. Hermafrodit orqanizmdir.Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Üçüncü dərəcəli konsumentdir. Mühafizəsinə ehtiyac yoxdur. [2]
Yayılması
redaktəAzərbaycanda Astara rayonu ərazisində yayılmışdır.