Edit Hed - Wikipedia
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897[1][2], San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981[1][2], Los-Anceles, Kaliforniya[3]) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı.[4]
Edit Hed | |
---|---|
ing. Edith Head | |
| |
Doğum tarixi | |
Doğum yeri | San-Bernardino, Kaliforniya, ABŞ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Los-Anceles, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri |
|
Fəaliyyəti | dizayner |
Fəaliyyət illəri | 1927-1981 |
Təhsili |
Kaliforniya Berkli Universiteti (bakalavr) Stenford Universiteti (magistr) |
Mükafatları | |
IMDb | ID0372128 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEdit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb.
Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi. Bu vaxta qədər bu sahəyə ya o qədər də önəm verilmir, ya da bu sahədə kişilərin fəaliyyətinə üstünlük verilirdi.
Bir neçə müddət sonra isə Edit “Paramount Pictures”də baş dizayner kimi fəaliyyət göstərməyə başlayır.
Editin sonralar “Universal Studios”da göstərdiyi fəaliyyəti çoxlarının diqqətini cəlb edir. Və artıq film rəhbərləri dizaynerin işlərini yaxından tanımaq şansı qazanırlar.
“Universal Studios”dakı fəaliyyətindən sonra o, Hollivudda məşhur olub və müxtəlif təkliflər almağa başlayıb.
Edit Kler Pozner ilk “Oskar” mükafatı nominasiyasını 1949-cu ildə “İmperator valsı” adlı rəngli, musiqili filmdəki fəaliyyətinə görə alıb.
Növbəti “Oskar” mükafatına isə bir il sonra, “Vərəsə” filminə görə layiq görülüb. Bundan sonra isə uğur “Samson və Dalila”, “Kerri bacı”, “Tatulu qızılgül”, “Qandallı aşiq”, “Karyera”, “Mənim geyşam” filmləri ilə bir-birinin ardınca gəldi.
Edit Kler Pozner düz 28 dəfə “Oskar” mükafatına namizəd göstərilib. Səkkiz dəfə isə bu mükafatın sahibi olub.
Editin əl işləri heç də təmtəraqlı, bahalı kostyumlar deyildi. O, öz dizaynlarını olduqca eleqant, sadə hazırlayırdı.
Hed yaradıcı fəaliyyətiylə qazandığı səkkiz “Oskar” mükafatı ilə rekorda imza atan yeganə qadındır.
Ömrünün son illərində Edit artıq dizayn ikonasına çevrilmiş, bütün dünya tərəfindən onun sənətinin ucalığı qəbul edilmişdi.
24 oktyabr 1981-ci ildə məşhur kostyum-dizayner sümük iliyi xərçəngindən dünyasını dəyişmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Edith Head // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Edith Head // filmportal.de. 2005.
- ↑ Deutsche Nationalbibliothek Record #124647308 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Rəfiqə Əlisəfa. "Ən çox "Oskar" alan qadın" (az.). kult.az. 28 oktyabr. 2014-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.