Edvard Norton - Wikipedia
Edvard Harrison Norton (18 avqust 1969[1], Boston[2][3]) — ABŞ aktyoru.
Edvard Norton | |
---|---|
ing. Edward Norton | |
Doğum adı | Edward Harrison Norton |
Doğum tarixi | 18 avqust 1969[1] (55 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Fəaliyyəti | kino aktyoru, kinorejissor, film prodüseri, xarakter aktyoru[d], ssenarist, ətraf mühit fəalı, teatr aktyoru, səsləndirmə aktyoru[d], televiziya aktyoru, aktyor, rejissor |
Fəaliyyət illəri | 1993-cü ildən |
Təhsili | Yel Universiteti |
Mükafatları | Qızıl qlobus mükafatı (1996) |
IMDb | ID0001570 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEdvard Harrisln Norton 18 avquat 1969-cu ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində anadan olub. O, Merilend ştatının Kolumbiya şəhərində böyüyüb. Edvard 5 yaşından teatrla maraqlanır və tezliklə Kolumbiyanın Orensteynov adlı teatr məktəbində təhsil almağa başlayır. 8 yaşında onun ilk səhnə debütü yerli bir tamaşada baş tutur. 1985-ci ildə Vayld Leyk adlı ali məktəbi bitirən Norton 1991-ci ildə Yel Kollecinin tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olur. O, Yeldə də həmişə olduğu kimi teatrla məşğul olur. Aktyor bir çox fakültələrə baş çəksə də, dram fakültəsi heç vaxt onun profili olmayıb.
Aktyor Ron Livinqston onun qrup yoldaşı və onun kimi müstəqil aktyor olub. Edvard eyni zamanda yapon dilini öyrənir və NOVA Group adlı məşhur ingilis dili məktəbində təhsil alır. Diplom aldıqdan sonra o, Yaponiyaya gedir və babasının "Enterprise Foundation" adlı şirkətində işləməyə başlayır. Bir neçə il sonra, 1994-cü ildə Nyu-Yorka qayıdan Norton, əvvəlki işlərdən tam imtina etmək və özünü sırf aktyorluq karyerasına həsr etmək qərarına gəlir. Ofisiant işləyən Norton Nyu-Yorkun bir neçə teatr səhnəsində çıxış edir və nəticədə "New York Signature Theater Company" şirkətinə qəbul edilir. Hal-hazırda o, bu şirkətin direktorlar şurasının üzvüdür.
Kinoda Edvardın ilk debütü 1996-cı ildə lentə alınmış "İbtidai qorxu" filmidir. Bu filmdəki roluna görə o, "Qızıl Qlobus" mükafatına layiq görülür və "Ən yaxşı ikinci plan aktyoru" kimi "Oskar"a namizəd göstərilir. Norton sonralarda namizədlər siyahısında olur. Məsələn, "Amerika tarixi iks" Çak Palanikin motivləri əsasında ekranlaşdırılmış "Döyüş klubu" filmlərindəki rollarına görə də namizədlər siyahısına düşüb. 2000-ci ildə Edvard "İnamı saxlayarkən" filmi ilə ilk rejissorluq debütünü həyata keçirib. 2006-cı ildə lentə alınmış "Sehrbaz" filmi ilə yenə də tənqidçilərin müsbət rəyinə nail olur.
Filmoqrafiya
redaktə- İlk qorxu (1996)
- Amerika əhvalatı İks (1998)
- Döyüş klubu (1999)
- 25-ci saat (2002)
- İtalyansayağı oğurluq (2003)
- Cənnətin krallığı (2005)
- İllüziyaçı (2006)
- İnanılmaz Halk (2008)
- Diktator (2012)
- Bornun mirası (2012)
- Yüksələn ay krallığı (2012)
- Bördmen (2016)
İstinadlar
redaktə- ↑ 1 2 Edward Norton // filmportal.de. 2005.
- ↑ 1 2 http://www.aveleyman.com/ActorCredit.aspx?ActorID=19641.
- ↑ 1 2 http://www.reelz.com/person/73585/edward-norton/.