Ekler - Wikipedia
Ekler - Wikipedia - Haqqında Məlumat
Ekler (Éclairs)
redaktəEkler 3 elementdən ibarətdir:
Elementləri bir-bir hazırlayıb ekleri düzəldək. Əvvəlcə kremi hazırlayaq (krem 2 gün əvvəldən də hazırlana bilər)
Krem
redaktə16 ekler üçün
- 2 stəkan süd
- 1/2 stəkan şəkər tozu
- 2 çay qaşığı vanil ekstaktı (əvəzində bir çimdik vanilin də istifadə edə bilərsiniz)
- bir çimdik duz
- 4 yumuta sarısı
- 1/2 stəkan qarğıdalı nişastası
- 2 xörək qaşığı kərə yağı, balaca-balaca doğranmış
Hazırlanma qaydası
redaktə- Qazana süd, 1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin.
- Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın. Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin.
- Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır.
- Kremin üstünü sellofanla örtün. Soyuducuya ən azı 2 saat müddətində saxlayın. Bu krem soyuducuda 2 günə dək xarab olmadan qala bilər.
Şu Xəmiri (Choux, yəni ekler xəmiri)
redaktə16 ədəd ekler üçün
- ½ stəkan (125g) süd
- ½ fincan (125g) su
- 115g kərə yağı, 8 parçaya bölünmüş
- ¼ çay qaşığı şəkər tozu
- ¼ çay qaşığı duz
- 1 stəkan (140g) əla növ un
- 5 ədəd iri yumurta, otaq hərarətində
Hazırlanma qaydası
redaktə- Qazana süd, suy, kərə yağı, şəkər tozu və duzu qoyub, qaynadın.
- Qaynadığı an, odu bir az azaldın, unun hamısını əlavə edib, kütləni taxta qaşıqla DƏYANMADAN qarışdırın. Kütlənin yavaş-yavaş xəmirə dönməsini görəcəksiniz. Təxminən 2-3 dəqiqə ərzində qarışdırın. Xəmir yumuşaq və hamar olacaq.
- Xəmiri iri qaba qoyun. Yumurtaları bir-bir üstünə qıraraq, hər əlavədən sonra mikserlə yaxşıca çırpın ki, yumurtalar xəmirə qarışsın. Xəmiriniz hazırdır. Hazır xəmir belə olmalıdır.
- Xəmiri İSTİ İKƏN (!) bişirmək lazımdır. Bunun üçün əvvəlcə sobanı 190C-dək qızdırın. Sonra isə soba listininin dibinə kalka kağızı sərin. İri qənnadı torbasını (rusca: konditerskiy meshok) isti şu xəmiriylə doldurun (torbanın ucun adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən 5 cm aralı təxminən 11 cm uzunluqda "barmaqlar" sıxın.
- Listi sobanın orta təbəqəsinə yerləşdirib eklerləri təxminən 20 dəqiqə ərzində bişirin. Bişmiş eklerlər şişəcək, üstləri bir qədər qızaracaq. Eklərlərin arasına krem doldurmazdan əvvəl, onları ən azı 1 saat ərzində kənarda soyudun.
Şokoladlı Qlazur
redaktə- 125 g yarı-şirin və ya acı-şirin plitka şokolad, iri-iri doğranmış
- 60 g kərə yağı, balaca-balaca doğranmış
- 1/4 stəkan (60 ml) süd
Şokoladı və yağı istiyə davamlı bir qaba qoyun. Qazanda südü qaynadın. Qaynayan kimi, südü şokolad və yağ olan qaba boşaldın. Ərzaqlar əriyib bir-birinə qarışanadək qaşıqla çırpın.
Eklerin Düzəldilməsi
redaktəBunun ücün bişmiş ekler, krem və şokoladlı qlazuru hazır tutun.
- Bişmiş eklerləri bıçaqla horizontal şəkildə iki yerə bölün.
- Qapaq hissəsini şokolada batırıb kənara qurumağa qoyun.
- Qaşıq və ya qənnadı torba vasitəsilə eklerin alt hissəsini kremlə doldurun. Şokoladlı qapağı kremin üstünə yerləşdirin. Eklerləriniz hazırdır.
Mənbə
redaktəVikianbarda Ekler ilə əlaqəli mediafayllar var.