Ekran Vaxti - Wikipedia
Ekran vaxtı — smartfon, kompüter, televiziya və ya videooyun konsolu kimi ekranı olan cihazdlaran istifadəyə sərf olunan vaxt.[1] Konsepsiya rəqəmsal mediadan istifadə və əqli sağlamlıqla bağlı əlaqəli anlayışlarla birlikdə əhəmiyyətli araşdırma altındadır. Ekran vaxtı uşağın inkişafındakı zehni və fiziki zərərlə əlaqələndirilir.[2] Ekran vaxtının sağlamlığa müsbət və ya mənfi təsirləri məruz qalma səviyyələrindən və məzmunundan təsirlənir. Ekran vaxtının zərərli təsirinin qarşısını almaq üçün bəzi hökumətlər onun istifadəsi ilə bağlı qaydalar tətbiq etmişlər.[3]
Tarixi
redaktəİlk elektron ekran 1897-ci ildə icad edilmiş və 1922-ci ildə kommersiyalaşdırılan elektron-şüa borusu (CRT) olmuşdur. Elektron-şüa boruları 2000-ci illərin əvvəllərində maye kristal monitorların (LCD) yüksəlişinə qədər ekranlar üçün ən populyar seçim idi.[4] Ekranlar indi əyləncə, reklam və informasiya texnologiyalarının vacib hissəsidir.
2007-ci ildə populyarlaşdıqdan sonra smartfonlar gündəlik həyatda geniş yayılmışdır. 2023-cü ildə ABŞ-dən olan yetkin şəxslərin 85%-i smartfon sahibi olduğunu bildirmişdir.[5] 2016-cı ildə ABŞ-də aparılan bir sorğuda 30 günlük müddət ərzində hər saat üçün 3,7 dəqiqəlik ekran vaxtı müəyyən etmişdir.[6]
Ekranların bütün formaları uşaqlar və yeniyetmələr tərəfindən tez-tez istifadə olunur. Birləşmiş Ştatlarda uşaq və yeniyetmələrin milli nümayəndə məlumatları göstərir ki, yaş artdıqca gündəlik orta ekran vaxtı artır.[7][8] Televiziya və videooyunlar bir vaxtlar uşaqların ekran vaxtına ən böyük töhfə verən vasitələr idi, lakin son on ildə smartfonlar və planşetlərə doğru keçid müşahidə edilmişdir.[9] Xüsusilə, ABŞ-də 2011-ci ildə doğulandan 8 yaşa qədər olan uşaqların valideynləri arasında aparılan milli nümayəndəli sorğu göstərmişdir ki, televizor uşaqların gündəlik ekran vaxtının 51%-ni, mobil cihazlar isə yalnız 4%-ni təşkil edir.[10] Bununla belə, 2017-ci ildə uşaqların ümumi gündəlik ekran vaxtında TV-nin payı 42%-ə, mobil media cihazlarının payı isə 35%-ə qədər azalmışdır.[7]
Yaş qrupu | Gündəlik ortalama ekran vaxtı | İl |
---|---|---|
2-dən aşağı | Həftədə 42 dəqiqə | 2017 |
2–4 | Həftədə 2 saat | 2017 |
5–8 | Həftədə 2 saat | 2017 |
8–12 | Gündə 7 saat | 2019 |
13–18 | Gündə 8 saat | 2019 |
2020-ci ildə COVID-19 pandemiyası zamanı insanlar evdə qaldıqları üçün ekran vaxtı artmış və həddindən artıq ekran vaxtının təsirləri ilə bağlı narahatlıqlar yaranmışdır. Mütəxəssislər ekran vaxtını məhdudlaşdırmağa və daha aktiv həyat tərzi keçirməyə çağırış etmişdilər.[13][14]
Ekoloji təsirlər
redaktəDaha çox ekran vaxtı ümumiyyətlə təbiətdə daha az vaxt keçirməyə[15] və buna görə də onunla əlaqənin zəifləməsinə səbəb olur.[16] Aparılan araşdırmalar maddi cəhətdən sabitləşmiş ölkələrdəki gənclər üçün təbiətdən ilhamlanan fəaliyyətlərin eyni vaxtda azaldığını, əqli sağlamlıq problemlərinin artdığını və bunun daha yüksək ekran vaxtı səviyyələri ilə bağlı olduğunu göstərir. Bununla belə, açıq havada həyata keçirilən fəaliyyətlərin sayı nə qədər çox olarsa, yeniyetmələr arasında əqli sağlamlıq baxımından müsbət nəticələr verir.[17]
Rəqəmsal texnologiyalar 2019-cu ildə dünya istixana qazı emissiyalarının təxminən 4%-ni buraxıb və bu rəqəmin 2025-ci ilə qədər iki dəfə çox olması proqnozlaşdırılır.[18]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Definition of SCREEN TIME". www.merriam-webster.com. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- ↑ Stiglic, Neza; Viner, Russell M. "Effects of screentime on the health and well-being of children and adolescents: a systematic review of reviews". BMJ Open. 9 (1). 3 January 2019: e023191. doi:10.1136/bmjopen-2018-023191. PMC 6326346. PMID 30606703.
- ↑ Time.
- ↑ (#empty_citation)
- ↑ "US smartphone ownership 2021". Statista. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Christensen, Matthew A.; Bettencourt, Laura; Kaye, Leanne; Moturu, Sai T.; Nguyen, Kaylin T.; Olgin, Jeffrey E.; Pletcher, Mark J.; Marcus, Gregory M.; Romigi, Andrea. "Direct Measurements of Smartphone Screen-Time: Relationships with Demographics and Sleep". PLOS ONE. 11 (11). 9 November 2016: e0165331. Bibcode:2016PLoSO..1165331C. doi:10.1371/journal.pone.0165331. PMC 5102460. PMID 27829040.
- ↑ 1 2 Rideout, Vicky. "The Common sense census: Media use by kids age zero to eight". Common Sense Media. 2017. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Rideout, Vicky; Robb, Michael, B. "The Common Sense census: Media use by tweens and teens, 2019". 2019. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Saunders, Travis J.; Vallance, Jeff K. "Screen Time and Health Indicators Among Children and Youth: Current Evidence, Limitations and Future Directions". Applied Health Economics and Health Policy. 15 (3). 31 October 2016: 323–331. doi:10.1007/s40258-016-0289-3. PMID 27798796.
- ↑ Rideout, Vicky. "Zero to eight: Children's use in America, 2011". Common Sense Media. 2011. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Rideout, Vicky. "The Common sense census: Media use by kids age zero to eight". Common Sense Media. 2017. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Rideout, Vicky; Robb, Michael, B. "The Common Sense census: Media use by tweens and teens, 2019". 2019. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Shin, Hyunjae Daniel; Al-Habaibeh, Amin. "Coronavirus: how to reduce your children's screen time – and make them more active". The Conversation. 3 June 2020. 23 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2020.
- ↑ Andrews, Travis M. "Our iPhone weekly screen time reports are through the roof, and people are 'horrified'". Washington Post. 24 March 2020. 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2020.
- ↑ "Modern conflict: Screen time vs. nature". Science Daily. 22 October 2018. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2020.
- ↑ Floyd, M. F.; Stevenson, K. T.; Stephens, L. E.; Bowers, E. P.; Szczytko, R.; Larson, L. R. "Outdoor time, screen time, and connection to nature: Troubling trends among rural youth?". Environment and Behavior. 51 (8). 2018: 966–991. doi:10.1177/0013916518806686. 5 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2020.
- ↑ Oswald, Tassia K.; Rumbold, Alice R.; Kedzior, Sophie G. E.; Moore, Vivienne M. "Psychological impacts of "screen time" and "green time" for children and adolescents: A systematic scoping review". PLOS ONE (ingilis). 15 (9). 2020-09-04: e0237725. Bibcode:2020PLoSO..1537725O. doi:10.1371/journal.pone.0237725. ISSN 1932-6203. PMC 7473739 (#bad_pmc). PMID 32886665 (#bad_pmid).
- ↑ Efoui-Hess, Maxime. "CLIMATE CRISIS: THE UNSUSTAINABLE USE OF ONLINE VIDEO" (PDF). The Shift Project. 18 July 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 July 2020.
Əlavə ədəbiyyat
redaktə- Anya Kamenetz. The Art of Screen Time: How Your Family Can Balance Digital Media and Real Life. PublicAffairs. 2018. ISBN 978-1610396721.