Eksklav - Wikipedia
Eksklav - Wikipedia - Haqqında Məlumat
Eksklav (q.yun. ἐξ "-dan, -dən" + lat. clavis "açar" sözlərindən) — ölkəsinin əsas ərazisindən aralda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren region. Belə ərazi məxsus olduğu ölkənin eksklavı hesab edilir, məxsus olmadığı lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır.
Dənizə çıxışı olan eksklav yarımeksklav adlanır. Dəniz hüququna əsasən, digər ölkələrin donanması yarımeksklava aparan yolu bağlaya bilməz. Gündəlik həyatda polueksklav və poluanklavı tez-tez sadəcə eksklav və anklav adlandırılar.
Eksklav nümunələri
redaktə- Naxçıvan Muxtar Respublikası — Azərbaycanın tərkibindədir, Ermənistan, İran və Türkiyə tərəfindən əhatələnib.
- Sankovo-Medvejye — Belarusiyanın Qomel vilayətinin ərazisində yerləşir, amma inzibati olaraq Rusiyanın Bryansk vilayətinə aiddir.
- Şahmərdan eksklavı və Soh rayonu — Fərqanə vilayətinə aiddir, Qırğızıstanın ərazisində yerləşən Özbəkistan ekslavları hesab olunur.
- Kampione d'İtalia — İtaliyanın Lombardiya regionunda yerləşən yaşayış məskəni, İsveçrə ərazisi ilə əhatə olunub, İtaliyanın eksklavı və İsveçrənin anklavı sayılır.
- Lyiviya bələdiyyəsi — İspaniyanın tərkibindədir, Fransa əraziləri ilə əhatə olunub.
Yarımeksklav nümunələri
redaktə- Kalininqrad vilayəti — Rusiyaya məxsusdur, amma Polşa, Litva və Baltik dənizi ilə əhatələnib.
- Kabinda — Anqolaya məxsusdur və Atlantik okeana çıxışı var, Konqo və Konqo Demokratik Respublikası tərəfindən əhatə olunub.
- Alyaska — ABŞ-nin yarımeksklavı və Kanadanın yarımanklavı.
- Musəndam — Omanın mühafizəsi (bölgəsi), cənub və əsasən qərb tərəfdən BƏƏ tərəfindən əhatə olunub, İran və Oman körfəzlərinə çıxışı var.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Evgeni Vinokurov. Теория анклавов (PDF). Kalininqrad: Terra Baltica. 2007. 20. ISBN 978-5-98777-015-3.